Ən son idman xəbərləri

Yığmamız Macarıstanı 3 qolla məğlub etdi
Ən son idman xəbərləriMacarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız "Viktoria SC Szombathely" komandasına 3:0 hesabı ilə qalib gəlib.
Qolları Nərgiz Ömərova, Melis Sarıaltın və Leyla Solmaz vurub.
Qeyd edək ki, "Viktoria SC Szombathely" komandası Macarıstanın U-17 qızlar liqasının hazırkı çempionudur.

Fatih Terim Melo və Rieranı cəzalandırdı
Ən son idman xəbərləri"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim komandasının iki futbolçusu - Felipe Melo və Albert Riera arasında yaşanan qalmaqala münasibət bildirib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı mətbuat konfransı keçirən Terim hər iki futbolçunun cəzalandırılacağını açıqlayıb:
"Belə hadisə dünyanın hər tərəfində olur. Bununla belə, dünən baş verənlər xoşagəlməz hadisədir. Hər iki futbolçu cəzasını alacaq. Bununla bağlı rəhbərliyə də müraciət etmişəm. Hər iki futbolçu bu gün bizimlə məşqə çıxmayacaq. Bizdən ayrı çalışacaqlar və Manisaya da aparılmayacaqlar. Üstəlik hər iki futbolçuya pul cəzası kəsiləcək. Onların çempionluq yolunda bizimlə davam edib-etməyəcəklərinə isə qarşıdakı günlərdə qərar verəcəyik".
Qeyd edək ki, "Qalatasaray" klubunun iki futbolçusu - Felipo Melo və Albert Riera komandanın dünənki məşqinin sonlarında dalaşıblar.

Ronaldinyo "Flamenqo"dan qovulur

Ən son idman xəbərləri"Flamenqo" klubunun ulduz futbolçusu Ronaldinyo komandadan ayrılmaq üzrədir.
Qol.Az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, "Flamenqo" rəhbərliyi ulduz futbolçu ilə müqaviləni qarşılıqlı olaraq ləğv etmək niyyətindədir.
2014-cü ilə qədər "Flamenqo" ilə müqaviləsi olan braziliyalı futbolçunun son zamanlar uğursuz çıxışı rəhbərliyin də diqqətindən yayınmayıb. Lakin rəhbərlik Ronaldinyoya hörmət əlaməti kimi futbolçunun meneceri olan qardaşına bunu bir qovulma olaraq göstərməmək üçün oyunçuya gələn təklifləri dəyərləndirməsini məsləhət görüblər.
Qeyd edək ki, "Flamenqo"nun heyətində 31 oyun keçirən Ronaldinyo 14 dəfə rəqib qapılarına yol tapıb.

Vaqif Sadıqov AZAL-ın baş məşqçisi təyin edildi
Ən son idman xəbərləriAzərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov özünə yeni iş yeri tapib.
Sadıqov bu gün AZAL klubuna baş məşqçi təyin edilib. AZAL klubunun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, bu gün klub rəhbərliyi və futbolçuların iştirakı ilə keçirilən görüşdə Sadıqov rəsmən komandaya təqdim olunub. V.Sadıqovla iki illik müqavilə imzalanıb.
Vaqif Sadıqovun köməkçilərindən biri də artıq məlumdur. Bu, Şakir Qəribovdur.
Qeyd edək ki, bu gün saat 12.00-da AZAL Sadıqovun rəhbərliyi altında ilk məşqinə çıxıb.

Unibank Premyer Liqa: 27-ci turun üç oyunu canlı yayımda
Ən son idman xəbərləriUnibank Premyer Liqanın 27-ci turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbol azarkeşləri bu turda baş tutacaq "Qəbələ" - "Xəzər Lənkəran", "Rəvan" - "Simurq" və "Neftçi" - "Bakı" oyunlarını televiziya vasitəsi ilə canlı izləyə biləcəklər.

7 aprel (şənbə)

"Qəbələ" – "Xəzər Lənkəran"
Qəbələ şəhər stadionu. Saat 16:00 (canlı, "Lider TV")

8 aprel (bazar)

"Rəvan" – "Simurq"
"Dalğa Arena" stadionu. Saat 18:15 (canlı, "İdman Azərbaycan")

"Neftçi" – "Bakı"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00 (canlı, AzTV)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 7330   Tarix: 26 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111