"İndi estafeti gəlinə ötürürəm" - Rauf Məmmədov

"İndi estafeti gəlinə ötürürəm" - Rauf MəmmədovAzərbaycanlı qrossmeyster Rauf Məmmədov ukraynalı Natalya Buksa ilə toyunun vaxtını açıqlayıb.

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı şahmatçı dünya çempionu ilə Batumidə keçiriləcək Olimpiadadan sonra evlənəcəyini deyib.

Məmmədov nişanlandıqdan sonra iştirak etdiyi ilk beynəlxalq turnirdə çempion tituluna yiyələnib. O, Belarusda Viktor Kupreyçik Memorialında birinci yeri tutub. Həmyerlimiz rapid üzrə baş tutan yarışda 11 turdan 9,5 xal toplamaqla, ən yaxın izləyicisini 1 xal qabaqlayıb.

Turnirdən sonra Rusiya Şahmat Federasiyasının rəsmi saytına danışan Məmmədov bildirib ki, nişanlanmaq ona uğur gətirib: "Natalya ilə mayda nişanlanmışam. Toyumuzu Olimpiadadan sonraya planlaşdırırıq. Onunla nişanlandıqdan sonra iştirak etdiyim ilk turnirin uğurlu alındığını deyə bilirəm. İndi isə estafeti gəlinə ötürürəm" (gülür).

Yığmamızın aparıcı siması Olimpiadadakı hədəflərdən də danışıb. O bildirib ki, son Avropa çempionu kimi, bu yarışda da sözlərini deməyə çalışacaqlar: "Biz Batumiyə bir qədər tez yollanıb, toplanış keçəcəyik. Son Avropa çempionuyuq və fikrimcə, heyətdə maksimum 1 dəyişiklik ola bilər. Bildiyiniz kimi, ötən il kapitanımız da aktiv oyunçu idi. Qitə birinciliyində bu funksiyanı Eltac Səfərli yerinə yetirirdisə, bu dəfə kimin olacağı hələlik bəlli deyil. Əlbəttə, hazırlıq prosesi olacaq. Bu Olimpiadada ümidlərim həqiqətən də böyükdü. Çünki daha bir dəfə Avropa çempionu olduq və burda da üstünlüyümüzü göstərməliyik. Bilmirəm, bəlkə də Rusiya ən böyük favorit deyil. Çünki orda "qorxunc" ABŞ da olacaq. Həmçinin Çin də var. Buna rəğmən, Azərbaycan yığmasının hədəfi qızıl medal uğrunda mübarizə aparmaq və onu qazanmaqdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1625   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245