Cem Yılmaz səs verəndə də zarafatından qalmadı - VİDEO - FOTO

Cem Yılmaz səs verəndə də zarafatından qalmadı - VİDEO - FOTO

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində şou əhli də yaxından iştirak edir.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor-şoumen Cem Yılmaz Beşiktaş Lütfi Banat məkətbində səsvermə hüququndan istifadə edib. O, məntəqədə də zarafatlarından qalmayıb. Jurnalistlərə "Siz kabinə keçin, mən gəlirəm" deyən Yılmaz onu "şoumen" kimi təqdim edən müxbirə "Şoumen dediniz, yumor ustası olacaqdı. Yayımlanarkən düzəldərsiniz" cavabını verib.

Hər seçkidə eyni məktəbdə səs verən yaşlı vətəndaşı görən Cemin "Get-gedə cavanlaşırsınız" zarafatı seçki məntəqəsindəkiləri qəhqəhəyə boğub.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 666 Tarix: 24.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər