Manvel Qriqoryan zooparkındakı heyvanlara erməni əti yedizdirib — Dəhşətli faktlar

Manvel Qriqoryan zooparkındakı heyvanlara erməni əti yedizdirib — Dəhşətli faktlarErmənistanda ordu generalı Manvel Qriqoryanın həbsindən sonra müxtəlif cinayətləri üzə çıxıb.

Ermənilər 90-cı illərdə itkin düşən qohumlarının axtarışı üçün milli təhlükəsizlik xidmətinə müraciət ediblər.

Manvel düşmənləri və xoşuna gəlməyən adamların başına oyun açıb. O, insanlara işgəncə verib, zəncirdə saxlayıb və aclıqdan öldürüb. Ermənistanda danışırlar ki, general zooparkındakı heyvanları əsir saxladığı adamların əti ilə yemləyib.

Bloqçu Mikael Manukyan "Facebook"dakı səhifəsində dəhşətli arxiv fotoları yayıb. Fotolarda Manvelə iri məbləğdə pul "atan" şəxsin başına gətirilən oyunlar var.

Onu uzun müddət döyüblər. Sonra isə zəncirləyib ac-susuz zirzəmidə saxlayıblar.

Maya Mnoyanın qardaşını da Qriqoryan 90-cı illərdə oğurlayıb. Ailə isə bundan sonra ABŞ-a qaçmaq qərarına gəlib:

"20 illik sükutu pozuram. Mənim ailəm bu məsələyə görə ABŞ-a qaçıb. 1997-ci ildə 21 yaşlı qardaşıb Edqar Mnoyan maliyyə nazirliyinə işə düzəldi, onu oğurladılar.

Qeyd edim ki, hərbi xidmətə çağırıldıqdan bir müddət sonra onu Manvel Qriqoryanın Armavirdəki villasına mühafizəçi kimi apardılar. O dövrdə ailəmiz kifayət qədər imkanlı idi. Atam tez-tez qardaşıma baş çəkirdi. Onun bu səfərləri və maşını Qriqoryanın nəzərindən qaçmamışdı. Qardaşım hərbi xidməti bitirəndə bizi nələrin gözlədiyini anladıq.

Qardaşımın oğurlanması barədə bizə hansısa Smbatyan məlumat verdi. O, zəng edərək 10 min dollar tələb etdi və dedi ki, guya qardaşım Manvelin villasından oğurluq edib. Pul ödəndikdən sonra onu buraxacaqlar.
Biz tələb etdik ki, qardaşım oğurluq edibsə, onu hüquq-mühafizə orqanlarına versinlər və işə qanuni baxılsın. Amma bizə dedilər: "Qanun bizik, onun cəzasını biz verəcəyik". Sonra isə dedilər ki, istədiklərini verməsək, qardaşımı bizə doğrayıb hissə-hissə göndərəcəklər.

Biz pulu ödədik, amma dəhşət bitmədi. Bu hələ başlanğıc idi. Bizdən çox şey tələb edirdilər. Onların istəkləri sərhədini aşmışdı. Hətta atama deyirdilər ki, qızların pis deyil, gözəldir.

Tələb olunan pulu, maşını, mülkü verdik və ümid edirdik ki, Edqarın səsini eşidəcəyik. Amma bilmədik ki, qardaşım sağdır ya yox. Növbəti dəfə bizdən 1 kilo qızıl tələb etdilər. 3 ay ərzində bizi tam müflis etdilər. Bizə yeməyi dostlarımız və qohumlarımız verirdi. Sadəcə bir mənzilimiz qalmışdı. Atamı və anamı silahla təhdid edərək notariusa apardılar və evi də əlimizdən aldılar. Edqar haqqında nəsə öyrənmək istəyən qohumlarımızı da oğurlayıb girov saxlayırdılar.

Bibimin əri nəsə öyrənmək üçün Arşalyusa getdi və onu da əsir götürdülər. 1 ay onu işlətdilər və 8 min dollar alıb buraxdılar.

Qardaşım isə Manvelin bir əskərinin sayəsində sağ qalıb. O, Edqarın saxlanıldığı quyuya aradabir sarımsaq atıb ki, qardaşım sağ qalsın. Sonra biz Ermənistanı tərk etdik. Əvvəl Gürcüstana, sonra isə ABŞ-a köçdük".

Manvel Qriroqryan Qarabağ müharibəsində də erməni əskərlərinə işgəncə verib. Videoların birində o, ordu əskərini asmağı əmr edir.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1803   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133