"Bəzi böyük məqsədlər kiçik hislərə qurban verilir" - Baş nazir

"Bəzi böyük məqsədlər kiçik hislərə qurban verilir" - Baş nazir

"Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov CAMCA Forumunun açılış mərasimində deyib.

"Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə Qərbə daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçib. Baxmayaraq ki, biz o qədər də güclü siyasi dəstək görmürük, bu istiqamətdə böyük işlər görürük" - o qeyd edib.

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanda həm də dinlərarası anlaşma üçün böyük addımlar atılıb: "Bunlara baxmayaraq, Qərb mətbuatında Azərbaycanda olan hər bir kiçik problemi şişirtməyə çalışırlar. Lakin 25 il ərzində azərbaycanlı qaçqınları haqqında bir dənə də olsun fundamental yazı olmayıb".

Bundan əlavə baş nazir vurğulayıb ki, Azərbaycan indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirib. Bunun davamı olaraq Trans Anadoluq Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) layihələri də uğurla reallaşdırılır:"Düşünürəm ki, bu lahiyələrə daha da güclük dəstək vermək olardı. Amma təəssüf ki, bəzi böyük məqsədlər kiçik hislərə qurban verilir”.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 169 Tarix: 22.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər