Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar

Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar

Bakı şəhəri Pirallahı adası ərazisində yaşanan bu hadisə yüzlərlə insanın narazılığına
səbəb olub.

Bizimyol.info-ya daxil olan məlumata görə adanın ərazisində fəaliyyət göstərən
çörək sexlərinin biri satılmayan və geri qayıdan çörəkləri zibilxanaya atıb.
Bu isə görənlərin hiddətinə səbəb olub.

Redaksiyamıza məlumat verən sakinlərin sözlərinə görə anoloji halla bağlı
yerli icra orqanlarına məlumat verilsə də heç bir tədbir görülməyib.

Bununla bağlı danışan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Mənsur Piriyev istehsalçı zavodun adının açıqlanacağ təqdirdə faktın araşdırılacağını bildirib.

Hazırda yüzlərlə çörəyi zibilxanaya tökən çörək sexinin adı dəqiqləşdirilir, ətraflı məlumat veriləcək.

Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar
Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar
Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar
Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü – Fotolar

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1158 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aycicek
Aycicek 08.07.2018
Allah amandir


 
Asimm
Asimm 22.06.2018
Çörəyin qədrini bilin insan var bir tikə çörəyi almağa belə gücü çatmır ondansa insalara əl tutun imkanı olmayanlar üçün pulsuz çörək paylayın artıq bişirib harasa atmaq əvəzinə


 
BOEC1989A
BOEC1989A 22.06.2018
belelerini gerek coreksiz qoyasan belke o coreyin qedrini bile


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər