Bakı metrosunda döyülən şortikli qız AXTARILIR - Polis işə qarışdı

Bakı metrosunda döyülən şortikli qız AXTARILIR - Polis işə qarışdı
"Bakı Metropoliteni"ndə böyük səs-küyə səbəb olan şortikli qız axtarılır.

BiG.AZ-ın Sputnik Azərbaycan-a istinadla verdiyi məlumatına görə, "Bakı Metropoliteni"nin polisi öz davranışıyla və geyimi ilə cəmiyyətdə və sosial şəbəkələrdə müzakirələrə səbəb olan qızı axtarır.

Xoşagəlməz hadisə ilə bağlı Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi araşdırmalara başlayıb. Təhqiqatçılar hadisənin nə vaxt və hansı saatda baş verdiyini bilmir. Polis metroda müşahidə kameralarına düşən bütün kadrları təkrar gözdən keçirmək qərarı verib.

Hazırda həmin qızın görüntülərini və hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2842 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər