Bankdan külli miqdarda pul oğurlayan bankir saxlanıldı

Bankdan külli miqdarda pul oğurlayan bankir saxlanıldı
"GünayBank"ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tapıb yaxalayıblar.

Emin Zeynalovun ötən ilin aprelində "GünayBank" ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı. Məlumatlara görə, Zeynalov pulları online valyuta birjası "Forex"-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib. Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və "tədbir görülməsini" istəyib. İndi isə məlum olur ki, idarə bu irimiqyaslı maxinasiyaya yol vermiş bankirin özünü saxlayıb.

Qeyd edək ki, "Günay Bank"ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov "Qafqazinfo"ya açıqlamasında E. Zeynalovun bankdan əmanətçilərin 100 milyona yaxın vəsaitinin oğurlamasını təkzib etmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 964 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tansu
tansu 21.06.2018
Haram tikeni hele hec kim yeye bilmeyib.eceb olub


 
Behappy
Behappy 21.06.2018
Kisi oghurlayanda milyonlar ogurlayire yoxsa 10-15manata gore adini niye biyabir elesin :)


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər