17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakı

17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - BakıHədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın barəsində olan hökmdən prokurorun protesti və müdafiə tərəfinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərarda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinnin hökmü ilə İsmayıl Meybullayev 10 il 6 ay, Rəhim Rəhimov 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 14 il, Asiman Məmmədov 10 il 6 ay müddətimə azadlıqdan məhrum edilib.

Yetkinlik yaşına çatmayan Arifə Musayeva şərti cəza alıb.

Prokuror şərti cəza alan Arifə Musayevanın barəsində həbs qərarı çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim heyətinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməmiş saxlanıb.

İttihama görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İstintaq dövründə Arifə Musayeva barəsində polis nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə sosial şəbəkələrdə, o cümlədən Feysbukda intim xidmət barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Bahalı içki adı ilə təqdim edilənlər adi meyvə suyu olub.

Sonradan qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.
17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakı17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7936   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail-Livan sərhədində qarşıdurmalar davam edir

İsrail ordusu Hizbullahın Livandakı hərbi obyektlərinə və infrastrukturuna hücumlar təşkil etdiyini açıqlasa da, Hizbullah İsrailin şimalında ordu maşınlarını artilleriya atəşi ilə vurduğunu bildirib. xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, döyüş təyyarələri Ramiyə bölgəsind

18.03.2024 257
.

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib

18.03.2024 452
.

Ukrayna: Rusiyaya aid PUA məhv edildi

Dünən gecə Rusiya Ukraynaya pua zərbələri endirib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Hadisə zamanı Rusiya 17 pua atıb. Qeyd edək ki, pilotsuz təyyarələr Kiyev, Poltava, Xmelnitski, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Vinnitsa, Zaporojya və Rivne vilayətlərinı atılıb

18.03.2024 151
.

Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb

18.03.2024 480
.

Sabahdan tətil başlayır

Sabahdan başlayaraq, Novruz bayramı ilə əlaqədar 7 ardıcıl qeyri-iş günü olacaq. xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üst

10:26 213
.

Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO

Bir neçə gün əvvəl Qobuda sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açılanıb. -ın əldə etdiyi məlumata görə, Amar Əliyev ayağından aldığı xəsarətlə əlaqədar bir həftə xəstəxanada qalacaq. Qeyd edək ki, azyaşlının vəziyyətinin stabil olduğu bildirilib

18.03.2024 699
.

İnstitut direktorunun ölümü yenidən araşdırılacaq

Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə hökmündən kassasiya protestinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, ağır qəza törətməkdə təqsirləndirilən Ramil Hüseynovu

12:37 105
.

Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur. xəbər verir ki, bu çərşənbə el arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır

00:22 365
.

"Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması Ermənistanın dövlət olaraq cinayətkar mahiyyətini ifşa etmiş olur" - Politoloq

Xocalı rayonunda kütləvi məzarlıqda aşkar edilmiş 18 insan qalığından daha birinin şəxsiyyəti məlum olub. Politoloq Tural İsmayılov -a bildirib ki, Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması və 90-cı illərdə Xocalıda Ermənistanın vəhşi cinayətinə qurban gedən vətəndaşlarımızın kimliyinin üzə çıxmas

18.03.2024 445