"9-cu sinfi bitirəndən sonra məktəbdən çıxacaqmış..." -16 yaşlı nişanlı qızın intiharının TƏFƏRRÜATI

"9-cu sinfi bitirəndən sonra məktəbdən çıxacaqmış..." -16 yaşlı nişanlı qızın intiharının TƏFƏRRÜATIMay ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Hadisə geniş müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, publika.az hadisənin təfərrüatlarını öyrənmək üçün kəndin səlahiyyətli şəxsləri və məktəb rəhbərliyi ilə əlaqə saxladıq.

Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun məlumata görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb:

"Bizdə də hadisə ilə bağlı tam dolğun məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdırırlar. Qızın nişanlandığı oğlan da kənd adamıdır. Bizdə kəndin yetmiş faizi bir-birilə qohumdur. Qızın məcburi şəkildə nişanlanmağını da eşitməmişəm. Özü də məktəbli idi. Davamlı olaraq dərslərdə iştirak etməsə də, arada gedirdi. Yəqin nişanlandığına görə arabir gedirmiş. Məktəbdən çıxmadığı da sonradan məlum oldu. Onsuz da, bu il 9-cu sinifi bitirib məktəbdən çıxacaqmış. Oğlan tərəfdə də heç kim günah görmür. Onlar özləri qızın yas mərasimində sona qədər iştirak etdilər".

Ağalıkənd orta məktəbinin direktoru Maarif Fətullayev isə Səkinə Məmmədovanın nişanlı olmadığını bildirib: "Səkinə məktəbimizin səkkizinci sinfində oxuyurdu, ancaq son bir ayda davamiyyəti yaxşı deyildi. Dilə gətirmək istəmirəm, amma qızın ana tərəfində psixoloji problemlər var. Onun anasının bibisioğlu, dayısıoğlunda psixi baxımdan çatışmazlıq var. Məktəbdə isə özünü yaxşı aparıb, sinif yoldaşları ilə münasibətləri yaxşı olub, fəal, şən şagird olub. Dərslərində o qədər da yaxşı olmasa da, ortabab oxuyurdu. Müəllimləri də onun ölümünə heyfslənir. Onun hərəkəti sadəcə ağılsızlıq olub.

İndi olan olub, keçən keçib. Ancaq o məsələ nişanlı söhbətinə görə olmayıb. Ortalıqda heç nişan da olmayıb. Sadəcə "aldım-verdim" söhbəti olub. Ailələr dost olub, bir-birilərinə deyiblər ki, qızım sənin, qızın mənim, vəsaalam. Səkkizinci sinif uşağına nə nişan ola bilər ki?"

Qeyd edək ki, sosial şəbəkələrdə 16 yaşlı qızın nişanlanması və özünə qəsdi geniş müzakirələrə səbəb olub. Hadisəni qınayan şəxslər yeniyetmə çağında olan bir qızın nişanlanmasının düzgün olmadığını, hadisənin qızın və ailəsinin savadsızlığı üzündən baş verdiyini əsas gətirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2915   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 807
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 637
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 422
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 707
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 415
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 193
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 171
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 278
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 434