Azərbaycanda 13 yaşlı qızı dəfələrlə zorladılar, qız hamilə qaldı - İDDİA

Azərbaycanda 13 yaşlı qızı dəfələrlə zorladılar, qız hamilə qaldı - İDDİALerik rayonunda azyaşlının zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

BiG.AZ BAKU.WS-əa istinadən xəbər verir ki, bu barədə Azər Kazımzadə adlı şəxs tərəfindən "Facebook" səhifəsində yayılıb. Daha sonra bu barədə məlumatlar bir çox sosial şəbəkə istifadəçisi yayıb.

"Aydın Məmmədov əvvəllər Lerik İşıq İdarəsinin rəisi olub. İndi "Azərişıq"-ın Lənkəran regionu üzrə rəis müavini işləyir. Qardaşı oğlu həm də onun sürücüsüdür. Onun adı Elnur Elman oğlu Məmmədovdur. Onun 25 yaşı var və orta təhsillidir. Həmin şəxs 4 ay əvvəl qızı zorlayıb. Atası bu biabırçılığa görə rayondan qaçıb", - bu barədə bildirib.

Məlumata görə, 7-ci sinif şagirdi Z.O-nun (ad şərtidir) dərs zamanı ürəkbulanması olub. Zəhərlənməsindən şübhələnən valideynləri onu xəstəxaya aparıb və orada dəhşətli nəticə ilə üzləşiblər. 13 yaşlı qızın hamilə olduğu məlum olub. 7-ci sinif şagirdininin verdiyi məlumata görə, onu dəfələrlə şantaj edərək zorlayıblar. Deyilənə görə, həmin şəxsin əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Bu hadisə üzə çıxandan sonra oğlan qızı qaçırıb.

Sosial media istifadəçiləri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıblar: "Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağa çağırırıq. Əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Buna imkan verməyin".

Məsələ ilə bağlı Lerik rayon Prokurorluğu ilə əlaqə saxladıq. Lerik rayon prokurorunun köməkçisi Şirxan Fərəcov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə heç bir araşdırma aparılmır. Onun sözlərinə görə, qızın zorlanması ilə bağlı prokurorluğa heç bir şikayət daxil olmayıb.

"Prokurorluğa yazılı və şifahi heç bir məlumat daxil olmayıb. Bu səbəbdən də, məsələ ilə əlaqədar prokurorluqda heç bir araşdırma aparılmır. Əgər şikayət yoxdursa, sosial şəbəkələrdə nə deyilməsindən asılı olmayaraq, cinayət işi qaldırıla bilməz", - deyə Şirxan Fərəcov bildirib.
Azərbaycanda 13 yaşlı qızı dəfələrlə zorladılar, qız hamilə qaldı - İDDİA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13499   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 196
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

16:45 163
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 763
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 92
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 194
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 0
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 275
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 0