"Uşaqlara verilən yuxu dərmanları ziyandı" - NEVROPATOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİ

"Uşaqlara verilən yuxu dərmanları ziyandı" - NEVROPATOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİHazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir. Çünki gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir. Bəs görəsən niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbləri hansılardır? Bu cür hallarda dərman preparatlarının qəbulu məqbuldurmu?

BiG.AZ bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını nevropatoloq Rima İbadova cavablandırıb.

Rima İbadova deyir ki, uşaqlarda yuxu ilə bağlı problemlər çox zaman ortaya çıxır. Hətta onlara edilən müraciətlərin 80-90 faizi uşaqlarda yuxu problemi ilə bağlı olur: "Çox zaman onlar normal inkişaf edən uşaqlardır. Sadəcə uşağın yuxusu yoxdur deyə gəlirlər. Belə hallarda valideynlərə yuxu rejimini normallaşdırmaq üçün müəyyən qaydalar tətbiq etmələrini tövsiyə edirik. Bu, zamanla düzəlir. Digər halda isə qısa müddətli dərman müalicəsindən istifadə edirik. Qeyd edim ki, yeni doğulma dönəmindən iki yaşa qədər olan uşaqlarda gecə yuxusu kəsintilərində uşaqların Non-REM və REM yuxu fazaları hələ tam formalaşmadığına görə bir çox hallarda normal dəyərləndirilir. Bəzən uşaq gecə yatmır, gündüz yatır, yuxuda kəsintilər olur. Bu zaman bəzi valideynlər yanlışlığa yol verirlər. Uşaqda hər hansı yuxu pozuqluğu hiss edən kimi bəzi dərmanlardan istifadə etməyə tələsirlər. Bu, səhv yanaşmadır. Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, 3 yaşa qədər uşaqlara bu cür dərmanlar verilməməlidir. Hətta bitki tərkibli olsa belə, uşaqlara yuxu problemini aradan qaldırmaq üçün dərman vasitələrinin verilməsi tövsiyə edilmir".

Yuxuda olan hərəkət pozuntularına diqqət

Həkimin sözlərinə görə, uşağın yuxusunda olan hərəkət pozuntularına istənilən halda diqqətlə yanaşmaq lazımdır: "Uşağın yuxuya çətin getməsi, yuxuda tez-tez hərəkət və pozisiya dəyişikliklərinin olması, ağızla nəfəs alma, enurez - gecə yataq islatma kimi hallara diqqət edilməlidir. Həmçinin gecə diş qıcırdatmalar, bruksizm dediyimiz hallara da. Bəzən bunu qurdla əlaqələndirilir. Amma bu əlamətin qurdla heç bir əlaqəsi yoxdur. Həmçinin gecə yuxuda gəzmələr, gecə yuxuda qorxmalar, sayıqlamaların olması, səhər ağız quruluğu ilə yuxudan oyanma, səhər yuxudan çətin oyanma, gün ərzində uşağın yorğun, yuxulu olması hamısı yuxu problemlərindən xəbər verə bilər. Bu problemlər parasomni dediyimiz yuxu xəstəliklərindən, eyni zamanda, ağır orqanik problemlərdən də xəbər verə bilər".

Nevropatoloq xəbərdarlıq edir ki, bir sıra epileptik sindromlar, yuxuda nitq problemləri ilə gedən bir sıra kompleks tutmalar, bəzi xoşxassəli epilepsiya sindromları və bir sıra sindromlar yuxu problemləri, yuxuda hərəkət və nitq problemləri kimi özünü göstərə bilir: "Bir sıra pediatrik sindromlar da gecə yuxuları narahatçılığı ilə özünü göstərə bilər. Ona görə də bu və ya digər dərəcədə yuxu problemi hiss etdiyiniz zaman mütləq şəkildə videoya alınmalı və həkiminiz tərəfindən dəyərləndirilməli, doğru diaqnoz qoyulduqdan sonra müvafiq müalicəyə başlanılıb-başlanılmamasına qərar verilməlidir".

Uşaqlar valideynləri ilə bərabər gec saatlara qədər yatmır

R.İbadova nisbətən böyük yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəblərinə də aydınlıq gətirib. O deyir ki, bu, daha çox məktəb yaşlı uşaqların telefonlardan, digər elektronik vasitələrdən istifadəsi ilə əlaqələndirilir: "Uşaqlar çox gec yatırlar və gec oyanırlar. Bu, doğru deyil. Xüsusən də orqanizmin normal fiziki aktivliyini bərpa etmək üçün gecə yuxusu vacibdir. Çünki uşaqlarda boy hormonu gecələr daha çox ifraz olunur.

Əksərən bu, valideynləri ilə bərabər gec saatlara qədər yatmayan uşaqlarda rast gəlinir. Əgər problem bundan qaynaqlanırsa, ilk növbədə, rejimi normallaşdırmaq lazımdır. Çox zaman uşaqlar bağçaya gedəndə valideynlər deyir ki, uşağın rejimi düzəldi. Çünki səhər saat 8-də dururlar, günorta normal yuxularını yatırlar, axşam da gələndə normal zamanında yatırlar. Amma ev şəraitində uşaqlar valideynlərlə bərabər gec saatlara qədər oyaq qalır, səhər də günortaya qədər yatırlar. Hətta onları saat 1-də, 2-də güclə oyadırlar. Yəni valideyn özü buna şərait yaradır. Belə olan halda əlbəttə ki, uşaqların normal yuxu rejimi formalaşmayacaq".

Yuxu problemi iki həftədən çox davam edərsə...

Mütəxəssis məsləhət görür ki, uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalardan istifadə etsinlər, duş qəbulu, təmiz hava da buna çox kömək edər: "Xüsusi diqqət etmək lazımdır ki, yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmasın. Yataq oyun yeri deyil və uşaq həmin yerin yatmaq üçün olduğunu bilməlidir. O cümlədən yataq rahat və yumşaq olmalıdır, yataq otağında televizor olmamalıdır. Otağın havasını tez-tez dəyişmək lazımdır, bu, çox vacibdir. Uşaq yatmazdan qabaq ona ağır qidalar verməyin. Göstərilən bu hallarla yuxu rejimini tədricən normallaşdırmaq olar. Bunlara rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman dərman vasitələri ilə kömək etmək olar".

Nevropatoloq bildirir ki, ana südü ilə qidalandığı dönəmdə uşaq anası ilə bərabər yata bilərlər: "Çünki ana tez-tez süd verməli olduğu üçün hər dəqiqə yatağından gedib uşağı götürməsi bir az çətinlik yaradır. Amma ümumi baxımdan uşaqlar valideynlərindən ayrı yatmağa nə qədər tez öyrəşdirilsə, bir o qədər yaxşıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 19 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Doğma qızına 18+ videolar göstərirmiş...

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soya

15.04.2024 490
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

İrəvan və Astana qardaş şəhərlər elan edilib

Ermənistanın paytaxtı İrəvan və Qazaxıstanın paytaxtı Astana qardaş şəhərlər elan edilib. xəbər verir ki, müvafiq sənədin imzalanması mərasimi Ermənistan prezidentinin iqamətgahında Ermənistanın baş naziri Nikol Paşinyanla Qazaxıstan prezidenti Qasım Comart Tokayev arasında keçirilən görüşdən sonra ba

15.04.2024 194
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15.04.2024 268
.

Rusiya: "Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq"

"Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq". xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Peskov deyib. İran-İsrail gərginliyinə də toxunan Peskov Yaxın Şərqdə gərginliyin artmasından narahat olduqlarını deyib. "Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyi

15.04.2024 157
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749