Azərbaycanda BƏDBƏXT HADİSƏ: 22 yaşlı gəncin dalağı partladı

Azərbaycanda BƏDBƏXT HADİSƏ: 22 yaşlı gəncin dalağı partladı

Şəkidə 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, rayonun Baltalı kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Rəsul oğlu Rəhimov qarnının qapalı küt travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Nurlan Rəhimov kəndin inzibati ərazisindəki otlaq sahəsində atdan yıxılaraq ağır xəsarət alıb. Müayinə zamanı Nurlan Rəhimovun dalağının partladığı məlum olub. Nurlan Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Nurlan Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 998 Tarix: 19.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər