Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandıSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu və əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Abşeron yarımasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 28-33° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti təşkil edəcəyi ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4076   Tarix: 16 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207