Bakıdakı klinikada bahalı pişik öldü, sahibi təzminat tələb edir

Bakıdakı klinikada bahalı pişik öldü, sahibi təzminat tələb edirBakı şəhəri, Nərimanov rayon sakini Sevinc Şirinova xarici ölkədən alınıb gətirilmiş Britaniya cinsli bahalı pişiyinin müalicə vaxtı ölməsindən şikayətlənərək Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərinə, Azad İstehlakçılar Birliyinə müraciət edib.

BiG.AZ bildirir ki, bu barədə virtualaz.org-a Birliyin sədri Eyyub Hüseynov məlumat verib. Şikayətçi pişiyin müalicəsinə xərclənən vəsaitin geri qaytarılmasını, həmçinin pişiyin ölümü ilə ailəyə dəyən mənəvi sarsıntının təzminatını tələb edir. "Siver" adlı pişik 4 il əvvəl Kiprdən alınaraq Bakıya gətirilibmiş.

E.Hüseynovun sözlərinə görə, pişik 2015-ci ildən "AARC-Baku" klinikasında müalicə və peyvənd olunub. Sonuncu dəfə bu ayın əvvəlində klinikaya müraciət edilib. Pişiyin sahibi deyir ki, heyvanı İran vətəndaşı olan baytar Seyid İbrahim Şərati müayinə edib, peyvənd edib və qurda qarşı dərman verib. Həmin dərmanlara 61 manat ödənilib. Evə gələndən sonra pişiyin halı pisləşib, təkrar klinikaya qaytarıblar. Hüseynov deyir ki, müalicə üçün pişik klinikada saxlanılıb, buna görə klinikaya 105 manat, gecə pişiyin yanında qalıb ona baxılması üçün əlavə 20 manat ödənilib. Ertəsi gün pişik ölüb. Həkim peyvənd və dərmana görə pişikdə reaksiya getdiyini etiraf edib. Şikayətçi ayrıca pişiyin cəsədinin zibil sellofanına bükülməsindən də narazı qalıb, heyvan adyala bürünərək evə gətirilib və basdırılıb.
Şikayətçi pişiyə xərclənmiş pulun geri qaytarılmasını, heyvanın ölümü ilə ailəyə vurulan mənəvi zərərə görə təzminat ödənilməsini tələb edir.
Klinikadan isə qarşı tərəfin iddialarına cavab vermək istəməyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2479   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 166
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

23.04.2024 254
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 810
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1112
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 357
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 197
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1646
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 313
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 451