TANAP və Naxçıvan əməliyyatları: Rusiya niyə susdu?

TANAP və Naxçıvan əməliyyatları: Rusiya niyə susdu?Rusiyanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərlə münasibətlərində problemlər yaranıb. Demək olar ki, Rusiya bütün qonşuları, hətta öz müttəfiqləri ilə əlaqələrində ciddi problemlərlə üzləşib.

BiG.AZ xəbər verir ki, teleqraf.com-a açıqlamasında politoloq Eldar Namazov belə deyib.
Politoloq vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqına üzv olan dövlətlərlə Rusiya arasında keçilməz sədlər yaranır:
"Xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Almatıda olarkən, çox ciddi şəkildə Qazaxıstana öz iradlarını bildirdi. Son zamanlarda Qazaxıstanın ABŞ-la bir sıra müqavilələr imzalaması, viza rejimini sadələşdirməsi və ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinə logistik dəstək verməsi Rusiyanın etirazına səbəb olur. Rusiya o cümlədən, bir sıra məsələlərə görə, Belarusla da fikir ayrılıqları yaşayır. Ən yaxın müttəfiqi olan Ermənistanda hakimiyyətə Qərbyönümlü siyasi qüvvələrin gəlməsi də, Rusiyanın bu ölkə ilə olan münasibətlərinə mənfi təsir göstərir".

Eldar Namazov qeyd edib ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycan isə Rusiya ilə münasibətləri qoruyub saxlamağa çalışır: "Digər yandan da, Azərbaycanın Rusiya qarşısında öhdəliyi yoxdur. Azərbaycan Rusiya ilə heç bir hərbi-siyasi və iqtisadi blokda təmsil olunmur. Bu baxımdan, Rusiya onunla eyni blokda təmsil olunan ölkələrə öz iradlarını bildirə bilər. Bu iradları da bildirir və buna görə də, həmin blokların içində dərin çatlar yaranıb.

Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarına uyğun siyasət yürüdür. Rusiya Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən, yaxud, öz ərazilərini işğaldan azad etməyə yönəlik atdığı addımlardan narazı ola bilər, amma onun Azərbaycanın bu fəaliyyətinə qarşı çıxmağa hüququ yoxdur. Buna görə də, Rusiya ancaq eyni bloklarda təmsil olunan dövlətlərə söz deyə bilər".

TANAP məsələsinə gəlincə, politoloqun sözlərinə görə, Rusiyanı burada narahat edən məsələ Türkmənistanın bu xəttə qoşulmaq ehtimalı ilə bağlıdır: "Əgər dünyanın ən böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biri kimi Türkmənistan bu layihəyə qoşulsa, o zaman, TANAP Avropada Rusiya qazına ciddi rəqib kimi ortaya çıxacaq. Lakin bu Azərbaycanın müstəqil qərarıdır və Rusiyanın bunu dəyişdirə biləcəyinə inanmıram".
Eldar Namazov bildirib ki, Rusiyanın həmçinin, bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan istiqamətində Ermənistanın təxribatına qarşı keçirdiyi əməliyyatlara etiraz etməsinə hüququ əsası yoxdur:

"Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq hüquq normalarına uyğundur və bu, bizim suveren hüququmuzdur. Başqa sözlə, Rusiyanın istər TANAP layihəsinə, istərsə də Naxçıvan əməliyyatlarına görə Azərbaycana etiraz etməməsi başa düşüləndir. Hər halda Rusiya Azərbaycanın müstəqil dövlət olduğunu qəbul edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1657   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 283
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179