İnam Kərimov özünə hollandiyalı məsləhətçi təyin edib - NAZİRLİK

İnam Kərimov özünə hollandiyalı məsləhətçi təyin edib - NAZİRLİK

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

BiG.AZ apa.az-a istinadən xəbər verir ki, nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib. Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.
Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.

Rusiya, Almaniya, Avstriyanın müxtəlifbölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 443 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər