Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQ

Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQBu gün dünyanın bir çox ölkələrində ölmüş insanların sağlam orqanlarından istifadə olunması, ehtiyacı olan şəxslərə köçürülməsi həyata keçirilir. Eləcə də orqan nəqlinə ölənin yaxınları da icazə verə bilir. Qeyd olunduğu kimi, bu, dünyada yayılan tendensiyadır, lakin ölkəmizdə həyata keçirilmir. Belə ki, vəfat etmiş şəxsin orqanının təcili ehtiyacı olan hansısa xəstəyə köçürülməsini tənzimləyən hansısa normatik akt, qanunvericilik bazası mövcud deyil. Bu gün orqan transplantasiyası əksər Qərb ölkələrində tibbi xidmətin ayrılmaz bir atributuna çevrilib.

Hazırda demək olar ki, bütün Avropa ölkələrində transplantasiya orqanları bankları fəaliyyət göstərir, ora müntəzəm olaraq donor orqanları daxil olur. Azərbaycanda meyitdən orqan və ya toxumalar götürən belə donor bankları olmasa da, onun yaradılması üçün hüquqi baza var. Belə ki, qanunda göstərilir ki, əgər şəxs sağlığında donorluğa yazılı razılıq bildiribsə, onun orqanları ölümündən sonra götürülə bilər, yox əgər şəxs sağlığında bundan yazılı şəkildə imtina edibsə, onda bu mümkün deyil. Əgər şəxs sağlığında bu məsələyə münasibət bildirməyibsə, ölümündən sonra onun orqan və toxumalarının götürülməsinə onun yaxın qohumlarının və ya qanuni nümayəndərinin icazəsi olmalıdır. Sadəcə, Avropada qanunvericiliyə əsasən, meyitdən orqan və ya toxumalar götürülməsi üçün onun yaxınlarından icazə almaq lazım deyil. Bu metodun ölkəmizdə də tətbiqi məqbul sayılır.

Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQBununla bağlı BiG.AZ-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, donor orqanlarının bankı yaradılır. Bu donor bankı vasitəsilə bağışlanan orqan növbədə kim varsa ona köçürülür. Bu insanın şəxsi istəyi ilə ola bilməz. Çünki həmin orqanın düşüb-düşməməsi məsələsi var. Bundan əlavə o, insana lazım olmaya bilər. Bu donorun istəyi ilə olan bir şey deyil. Təmənnasızlıq odur ki, maddi duruma fərq qoymadan kiməsə həyat verməkdir. Hal-hazırda hüquqi baza yaradırıq ki, yaxın vaxtlarda həm meyitdən orqan götürülməsi üçün klinikalar yaradılsın, həm də orqan bankımız olsun. Bundan əlavə ölkə üzrə reyestr olsun ki, harada donor orqan var və buna kimin ehtiyacı var. Bu da elektron şəbəkə vasitəsi ilə bilinsin ki, vaxtında köçürülsün".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447