Azərbaycan Qarabağda hücuma hazırlaşır?

Azərbaycan Qarabağda hücuma hazırlaşır?Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelərdə möhkəmlənməsi, raket qoşunlarının yeni hərbi bazasının açılışı və orada "Polonez", LORA raketlərinin nümayişi, habelə artilleriya-raket bölmələrinin döyüş atışlı təlimləri Ermənistanda ciddi təşviş yaradıb. Virtualaz.org xəbər verir ki, erməni ekspert çevrələri və rəsmi dairələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə bəyanatlar səsləndirir, yaranmış vəziyyətin 2016-cı ilin aprel döyüşləri ərəfəsini xatırlatdığını deyirlər.

Məsələn, iki gün əvvəl qondarma "dqr müdafiə nazirliyi" Azərbaycan qoşunlarının" təmas xəttinin bir neçə istiqamətində cəmləşdirildiyi" barədə növbəti həyacanlı bəyanat yayıb. Və bu bəyanatı videogörüntülərlə gücləndirməyə çalışıb. Pilotsuz uçan aparatdan çəkilmiş görüntülərdə Azərbaycan ordusunun artilleriya bölmələrinin, canlı qüvvəsinin və zirehli texnikasının hərəkəti əks olunur.

Azərbaycan Qarabağda hücuma hazırlaşır?Lakin bu erməni tərəfinin təşvişlə bəyan etdiyi kimi hansısa qüvvə cəmləşdirilməsi deyil və Azərbaycan ordusunun bölmələrinin gündəlik təlim-məşq tapşırıqlarını icra etmək üçün daimi dislokasiya yerlərin tərk etməsi ermənilərdə müharibə hazırlığı kimi qarşılanırsa bu elə də pis deyil. Bu düşmən sıralarında ciddi təşvişdən xəbər verir.

Əlbətdə, erməni tərəfi Azərbaycanın təmas xəttində qoşun cəmləşdirməsi barədə narahatlıqlarını Yerevanda səfərdə olan Minsk Qrupu həmsədrləri ilə də bölüşüb. Ermənistan müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan həmsədrlərlə bu haqda danışıblar.

Yaxud özünü qondarma "dqr prezidentinin müşaviri" kimi təqdim edən hansısa Tiqran Abramyan deyir ki, Azərbaycan təmas xəttində iyunun 12-dən bəri kəskin fəallaşıb. Onun sözlərinə görə, ay ərzində ilk dəfə Azərbaycan ordusunun xüsusi texnikasının ön xəttə irihəcmli yerdəyişməsi müşahidə olunub.

Azərbaycan Qarabağda hücuma hazırlaşır?Qeyd edək ki, həmin gün Azərbaycan ordusunun raket-artilleriya bölmələri təmas xəttinə yaxın poliqonlardan birində döyüş atışlı təlimlər keçirmişdi və belə görünür ki, ermənilər təlim poliqonuna hərəkət edən bölmələri kvdarakopterlə müşahidə edib ciddi sarsıntı keçiriblər.

"Fəallaşma müxtəlif cür təzahür edib. Əvvəlcə biz hərbi texnikanın hərəkətini müşahidə etdik. Sonra xüsusi təyinatlıların və snayperlərin görünməmiş aktivliyi başladı"-Abramyan "Sputnik Armenia" agentliyinə deyib. Onun sözlərinə görə, paralel olaraq Azərbaycan informasiya cəbhəsində də fəallaşıb, "Polonez" və LORA raketlərini nümayiş etdirib və bütün bunlar ictimaiyyətin müharibəyə hazırlanmasından xəbər verir.

Azərbaycan Qarabağda hücuma hazırlaşır?Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi, Yerevan-Gorus-Laçın yoluna nəzarət etməyə imkan verən yeni strateji yüksəklikdə möhkəmlənməsi də Ermənistanda isterik reaksiyalar doğurmaqdadır. Ermənistan Demokrat Partiyasının sədri, keçmiş baş nazir Aram Sərkisyan mətbuat konfransı keçirərək deyib ki, Yerevan Naxçıvan istiqamətində baş verənlərlə bağlı KTMT-yə müraciət etməlidir. Sərkisyana görə Azərbaycan tərəfi danışıqlardan əlini üzüb və bu kontekstdə Naxçıvanda görülən hazırlıqlar narahatlıq doğurmaya bilməz. "Erməni tərəfi məsələni xarici partnyorları ilə müzakirə etməlidir. Qabağa oynamaq lazımdır, bir an da olsun ləngiməyə yol vermək olmaz"-o deyib.

Xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyan isə Naxçıvanda "Azərbaycan-Türkiyə hərbi fəallaşması" barədə beynəlxalq konfrans çağırılmalıdır.

Ermənistan Müdafiə Nazirliyi isə Naxçıvan istiqamətində baş verənlər barədə həftələrdir hökm sürən təşvişi yatırmağa çalışsa da buna müvəffəq ola bilmir. Nazirlik bu günlərdə vəd edib ki, jurnalistlərin sərhədin həmn istiqamətinə press-turunu təşkil edəcək və ictimaiyyəti "xüsusi narahatlıq üçün əsas olmadığına" əmin edəcək. Amma bu press-turun nə vaxt təşkil ediləcəyi məlum deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1103   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260