Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa: "Ərimin keçmiş arvadı…"

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa: "Ərimin keçmiş arvadı…"
Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadənin həyat yoldaşının keçmiş arvadı ilə məhkəməsinin vaxtı müəyyən olunub.

Bu barədə yenicag.az-a aktrisa özü açıqlama verib:

“Həyat yoldaşımın keçmiş arvadı məni onu yalançı və fırıldaqçı adlandırdığıma görə, yoldaşımı isə ona tərbiyəsiz dediyi üçün məhkəməyə verib. Həyat yoldaşım tez-tez işi ilə bağlı xarici ölkələrə gedib-gəldiyinə görə onun məhkəməsi təxirə düşür. Amma mənim məhkəməmin vaxtı dəqiqləşib. Sentyabr ayında ilk dəfə olaraq o qadınla üz-üzə gələcəm”.

Aktrisa bildirib ki, o qadının məqsədi həyat yoldaşı ilə arasını vurmaq və ailəsini dağıtmaqdır:

“Onun məqsədi həyat yoldaşımla aramızı vurmaq, bizi ayırmaqdır. Biz bir-birimizi sevib evlənmişik, buna imkan verməyəcəyik. Biz evlənməmişdən öncə Murad keçmiş arvadından boşanıb, uşağı da var. Bu ayrılığın səbəbkarı da mən deyiləm. Yoldaşım o qadınla yola getmədiyi üçün ayrılıblar”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2895 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Denizsulari
Denizsulari 13.06.2018
Bele wey olmaz bowanibda dagitma aileni sevgilimle menimde arami vurmaq isteyen qara tikanlar vardi ama sevmimiz her weye qalib geldi


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər