Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJ

Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJSon zamanlar Bakıda yaranan kvestlərin sayı artmaqdadır. Bunlar arasında "Claustrophobia Baku" özünəməxsusluğu ilə digərlərindən tamamilə fərqlənir. Belə ki, Bakıda aktyor iştirakı olmadan oynanılan ilk texniki kvest "Claustrophobia Baku" qorxu və macəra həvəskarlarının sevimli məkanı olacaq. Gözəgörünməz qüvvələr ilə bərabər olacağınız otaq sizi qorxularınız ilə qarşı-qarşıya qoyacaq.

Kvest 2-5 nəfər komanda şəklində oynanılan real, intellektual oyundur. Burada siz komandanız ilə birlikdə olduğunuz yerdən xilas olmaq üçün verilən tapmacaların, sirlərin cavabını tapmalısınız.

Bakıda ilk və tək texniki kvest

Əvvəla, "Claustrophobia" artıq bir dünya brendidir.

Baş ofisi Moskvada yerləşən bu brend 4 ildir ki, 8 ölkədə, 12 şəhərdə, 91 kvest, 93 unikal ssenarisi ilə fəaliyyətini davam etdirir. Cənubi Qafqazda kvestin istifadə hüququ ilk olaraq Bakıya verilib. "Claustrophobia Baku" şirkətinin direktoru Ramin Kəsəmənski mərkəzin yaradılması haqqında qısaca məlumat verdi: "Claustrophobia" 2015-ci ildə "Forbes" jurnalının rus nəşrində ən yaxşı 10 brend siyahısında yer alıb. Kvest bu ilin fevral ayından fəaliyyətə başlayıb. Bakıda kvestlər çoxdur. Ancaq buranın öz xüsusiyyətləri var. İçəridə görünən bütün ləvazimatlar, oyunun özü fabrikdə yaradılıb və hazır şəkildə Moskvadan Bakıya gətirilərək burada quraşdırılıb. Bu məkanda olan keyfiyyət, maraq heç bir yerdə yoxdur".

Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQorxulu yuxularınızı realda yaşayın

Bələdçimiz kvestlərdən birinin mistik olduğunu söyləyir. "Tərk edilmiş sığınacağın sirri" adlanan kvestə yalnız 14 yaşından yuxarı insanlar daxil ola bilərlər.

Kvest haqqında məlumat aldıqdan sonra oyuna daxil oluruq. Əgər kvest həvəskarısınızsa, ilk diqqətinizi çəkəcək nüans səs sisteminin keyfiyyəti olacaq. Səsin mükəmməlliyi insanı sanki real aləmdən ayırıb qorxulu bir filmə daxil edir. Burada bütün oyun texnika ilə quraşdırılıb. Oyunda heç bir aktyor iştirak etməsə də, insanda elə bir təəssürat yaranır ki, sanki kimsə sizi izləyir. Xüsusilə də digər kvestlərdə tapmaca həll olunarkən açar tapıldıqda siz onunla qapıları açmalısınız. Burada isə cavab tapıldıqda qapılar avtomatik açılır. Bir saatlıq oyunda üç kömək haqqından istifadə edə bilərsiniz.
Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJNəhənglərin dünyasına səyahət

İkinci kvest "Quliverin axtarışında" adlanır. Burada isə 6 yaşından yuxarı uşaqlar böyüklərlə, 12-14 yaşından uşaqlar isə özləri oynaya bilərlər. Bu kvest ailəvi vaxt keçirmək istəyənlər üçün əla seçim ola bilər. Tapmacalara cavab axtararkən yaşayacağınız həyəcanlı məqamlar bu kvesti sizin sevimliniz edəcək.

Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJAzərbaycanı əks etdirəcək kvest

Azərbaycana xas olan kvestlərin yaradılmasının bu sahədə bir yenilik olacağını düşünürük. Elə R.Kəsəmənski də qeyd etdi ki, gələcək planlarında sırf Azərbaycanın tarixi və incəsənəti ilə bağlı bir kvest açmaq planları var: "Bu o qədər də asan bir proses deyil. Kim əməkdaşlıq etmək istəyirsə, biz təkliflər üçün açığıq. Maraqlı ideyası olan varsa, sosial şəbəkələr, yaxud telefon nömrəmiz vasitəsilə bizə müraciət edə bilərlər. Biz hər zaman müraciətləri cavablandırırıq".

Bələdçimiz əlavə etdi ki, gələcəkdə həmçinin aktyorların iştirak etdiyi kvestlərin gətirilməsi də düşünülür: "Kvest intellektual oyundur və heç bir aktyor, insan müdaxiləsi ola bilməz. Performansda isə tamaşa gedir və siz həmin tamaşanın iştirakçısı olursunuz, onların oyununa müdaxilə edirsiniz".

Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQeyd edək ki, oyunlara saytdan (https://baku.claustrophobia.com/az/quest/ ) online qeydiyyatdan keçmək mümkündür.

İnstagram: https://www.instagram.com/claustrophobia.baku/?utm_source=ig_embed&action=profilevisit

Facebook: https://www.facebook.com/claustrophobia.Baku/

Qafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJQafqazın ilk "Claustrophobia"sı - qorxulu yuxuları realda yaşadır - REPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988