Sevda ikinci ərindən də ayrıldı?

Sevda ikinci ərindən də ayrıldı?

Müğənni Sevda Sanəliyevanın ikinci həyat yoldaşı Cəmil bəydən ayrılma xəbərləri yayılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial media hesabında həyat yoldaşı ilə olan bütün şəkillərini silib. Bir neçə gündür o, İnstaqramdakı qəmli paylaşımları ilə diqqət çəkir. Bu da ifaçının ayrılma xəbərinin daha çox yayılmasına səbəb olub.

Sanəliyev bir neçə gün əvvəl paylaşdığı fotolarından birinin şərh hissəsinə isə bu sözləri yazmışdı:

“Heç kimə əzabınızı göstərməyin. Çünki odunuza kimin odun atacağını tapa bilməzsiniz”.

Qeyd edək ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun bir oğul, bir qız övladı var.

Məsələ ilə bağlı, S.Sanəliyevaya zəng etsək də, telefona cavab verməyib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3452 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər