"Bizim ixtiyarımız yoxdur ki..."

Xalq artisti, xanəndə Nəzakət Teymurova İtaliyada hazırlanan albomunun təqdimatını keçirib. ANS PRESS-in məlumatına görə, xanəndənin İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən hazırlanan disk "Muğam" adlanır. Diskə "Xaric" muğamı, "Bayatı Şiraz", "Çahargah" təsnifi, "Aşiqəm" mahnısı "Hicaz" muğamı ilə daxil edilib. Diskin Avropanın bir neçə ölkəsində satılması nəzərdə tutulub. Avropalı musiqi melomanları üçün nəzərdə tutulmuş disk ilkin olaraq 1000 nüsxə tirajla buraxılıb. Tələbat olarsa, tirajın çoxaldılması nəzərdə tutulub.

Albomun hazırlanmasında xalq artistini "Xarı Bülbül" Muğam Qrupu - tarda qrupun rəhbəri, əməkdar artist Əliağa Sədiyev, balabanda əməkdar artist Şirzad Fətiyev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edib.

Albom Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun eksperti, Musiqişünas Sənubər Bağırovanın dəstəyi ilə reallaşıb. Min tirajla hazırlanan diskdə Azərbaycan musiqisi haqqında 3 dildə (ingilis, italyan, fransız) məlumatlar yer alıb.

Nəzakət Teymurovanın ölkəmizdən kənarda buraxılan "Muğam" albomunun 21 apreldə İtaliyada rəsmi təqdimatı olacaq. Xalq artisti İtaliyadan qabaq öz sevincini yerli jurnalistlərlə bölüşmək istədiyini və İtaliyadakı rəsmi təqdimatdan sonra yeni albomunu yerli media nümayəndələrinə hədiyyə edəcəyini bildirib.

Jurnalistlərin suallarını cavablandıran xanəndə özündən deyil, Azərbaycan musiqisinin böyüklüyündən söz açıb: "Hər dəfə xarici ölkədə çıxış edəndə, bayrağımızı başqa bayraqlarla bir yerdə görəndə, kövrəlirəm. Özümdən asılı deyil, gözlərimin yaşını saxlaya bilmirəm. Bizim musiqimiz o qədər zəngindir ki, heç bir dövləti özümüzlə yanaşı qoya bilmirəm. Sadəcə bizdə təqdimat bir az zəifdir. Bizim ixtiyarımız yoxdur ki, belə bir musiqilərimizi alayarımçıq təqdim edək. Əməkdar və ya xalq artisti bilməlidir ki, ölkədən kənara çıxanda, Azərbaycan onun səsi və sənətidir. Musiqini elə təqdim etməlisən ki, hər kəs heyran olsun. Bizdə hər şey var, amma təqdimat çox zəifdir. Heç bir xanəndənin ixtiyarı yoxdur ki, Azərbaycan muğamını, musiqisini camaata səhv çatdırsın".

Qeyd edək ki, xalq artisti Nəzakət Məmmədova aprelin 15-22 apreldə İtaliyada, aprelin 29-da isə Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Nəzakət Teymurova bildirib ki, bu dəfəki repertuar çox fərqli olacaq. Konsertdə indiyədək çox az oxunan muğamlar, təsniflər, xalq mahnıları səslənəcək.

Xatırladaq ki, İngiltərə, Fransa, İtaliya mətbuatında dəfələrlə Nəzakət Teymurova haqqında məqalələr dərc olunub. Sözügedən diskə daxil olan mahnılar bir neçə ölkənin radiolarında səsləndirilib. Xalq artistinin "Aşiqəm" mahnısı Almaniyanın "Word Beat" (Dünya Ritimləri), İspaniyanın "Mundofonşas" radiolarında böyük marağa səbəb olub. Nəzakət Teymurovanın səsi hər iki ölkənin radiosunda "ayın ən gözəl " səsi sırasına düşüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2960   Tarix: 05 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 591
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1295
.

Bu da Ayanın SEVGİLİSİ - FOTO

Müğənni Ayan Babakişiyeva sevgilisi ilə şəklini paylaşıb. OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində yerləşdirdiyi fotoda həmin bəyin üzünü gizlədib. "Həm bu dünyaya, həm də mənim dünyama xoş gəldin, həyatımın adamı. Səni çox sevirəm"

14.04.2024 1517
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 804
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1352
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1294
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1050
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

10:22 388
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 793