Müşfiqabadda ağır qəza - 3 nəfər öldü - ADLARI

Müşfiqabadda ağır qəza - 3 nəfər öldü - ADLARI

DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri, Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 463 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər