Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR

Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Nəhayət bir neçə gündür haqqında danışılan "Battle of Regions" layihəsi baş tutdu.

Student Club Azerbaijan və "Ölkələr və şəhərlər" tərəfindən həyata keçirilən tədbirdə gənclər və Turizim sahəsi üzrə mütəxəssislər bir araya gəldilər.

Günay Səbzəliyevanın rəhbərliyi ilə keçirilən Cümhuriyyətin 100 illiyinə həsr olunmuş Battle Of Regions layihəsinin əsas məqsədinin regionların turizm potensialını üzə çıxarmaq və gənclərin turizm biliyini artırmaq idi.

Tədbir ilk olaraq Elnur Məmmədovun açılış nitqi ilə başlandı.

Ardınca Najmaddin Travel'in qurucusu Nəcməddin Aslanlı Ucuz səyahət etməyin yolları haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Çıxışdan dərhal sonra müxtəlif regionları təmsil edən komandalar regionlar haqqında hazırladıqları təqdimatlarla mübarizəyə başladırlar.
Komandalar təmsil etdikləri Region haqqında hazırladıqları təqdimatlarla bərabər həmçinin həmin bölgəyə məxsus simvolları da canlı olaraq nümayiş etdirdilər.
Tədbirin ən maraqlı məqamlarından biri də komanda iştirakçılarının təmsil etdikləri regionlara məxsus şirniyyatları gətirmələri idi, bundan əlavə Gəncə-Qazax komandasının kiçik bir səhnəciklə çıxış etməsi olduqca maraq doğurdu.

Daha sonra isə tədbirin ən maraqlı anı, yəni mükafatlandırma mərasimi keçirildi.1 ci yerin qalibi Gəncə-Qazax komandası ,2 və 3 cü yerlərin qalibləri isə müvafiq olaraq Lənkəran və Şəki-Zaqatal komandaları oldu.

Qalib komanda kubok və medallarla həmçinin tərəfdaş şirkətlərdən hədiyyələrlə mükafatlandırıldı.
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR
Çoxdan gözlənilən "Battle of Regions" layihəsi baş tutdu - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 237 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər