İnam Kərimov bu xanımı özünə müşavir TƏYİN ETDİ

İnam Kərimov bu xanımı özünə müşavir TƏYİN ETDİ

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov xəbəri təsdiqləyib.
İnam Kərimov bu xanımı özünə müşavir TƏYİN ETDİ


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 739 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər