Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qızla bağlı YENİ XƏBƏR - VİDEO

Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qızla bağlı YENİ XƏBƏR - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün 21 yaşlı qızın gecə saat 04:01 radələrində Bakı metrosunda çəkdirdiyi foto müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, onun film çəkilişi üçün metroya daxil ola bildiyi məlum olub. Sözügedən filmdə rol alacaq xalq artisti Flora Kərimova da məsələyə münasibət bildirib. O bildirib ki, narahatçılığa heç bir əsas yoxdur:

"Dünən qeyri iş saatlarında metronun N.Nərimanov adına stansiyasında "Qaynana 2018" filminin çəkilişləri baş tutub. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu mətbuat və sosial şəbəkədə tirajlandi və təəsüf ki məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ - salamat, yüksək təhlükəsizlik şəraitində uğurla çəkilişləri yekunlaşdırdıq. Bu arada Bakı Metropoliteninin bütün heyətinə bizim üçün yaratdığı şərait, sevgi və qayğıya görə təşəkkür edirəm. Sizi sevirəm".


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 903 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər