"Əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar eşidirlər"

"Əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar eşidirlər"Bu gün məktəblərimizin ətrafı, demək olar ki, internet-kafelərlə əhatə olunub və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna və ya dərs bitən kimi bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir.

O qeyd edib ki, məktəblərin əksəriyyətinin yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir:

"İnternet-kafelərimizdə filtrasiya sistemi, kamera nəzarət sistemi, demək olar ki, pis vəziyyətdir".

Millət vəkili hesab edir ki, uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan, görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər parlamentin müzakirəsində olan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi ən azı ikinci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır.

Millət vəkili adıçəkilən sənəddə televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalara məruz qalırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır:

"Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar, onlar üçün zərərli olan bir sıra xoşagəlməz halları görür və eşidirlər. Bunlara son qoyulmalıdır".

Q. Paşayeva bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrimizdə uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziyalarımızda, radio kanallarımızda, bir sözlə, mətbuat və media qurumlarında bununla bağlı, ailələrimizin, uşaqlarımızın, cəmiyyətimizin daha da geniş maariflənməsinə yer ayrılmalıdır və bu məsələnin qanunda öz əksini tapması vacibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 812
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 565
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 503
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 202
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

20:54 0
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

16:45 266
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 247
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 210