Hamilə qadınlar bu qaydalara riayət etməsə, uşaq boğula, ya da qan itkisinə səbəb ola bilər

Hamilə qadınlar bu qaydalara riayət etməsə, uşaq boğula, ya da qan itkisinə səbəb ola bilərXəbər verdiyimiz kimi, iyunun 12-də Siyəzən rayonunda ana ölümü baş verib. Belə ki, Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir. Doğum zamanı ananın və ya uşağın ölməsində daha çox həkimlər günahlandırılır. Amma hər kəsə bəllidir ki, doğum zamanı ananın ani bir gərginliyi onun və ya övladının həyatına son qoya bilər. Ana olmağa hazırlaşan qadınlarımız özlərinə necə qulluq etməli və ətrafındakı insanlar onunla necə davranmalıdır?

Hamilə qadınlar bu qaydalara riayət etməsə, uşaq boğula, ya da qan itkisinə səbəb ola bilərBununla bağlı BiG.AZ-ın suallarını cavablandıran psixoloq Vəfa Əkbər bildirib ki, ana olmağa hazırlaşan qadınlarda həm fizioloji, həm də hormonal dəyişikliklər gedir: "Bu da onun psixologiyasına təsir edir. Gün boyu aktiv olan qadın yatmağa meyilli olur, bədənində ağrılar hiss edir. Bu da onun mütləq şəkildə psixologiyasına təsir edir. Bu halda da qadınlarımız daha həssas, küsəyən olur. Əvvəlkinə nisbətən daha həssas olur. Ətrafdakılardan sevgi, diqqət istəyir. Kiçik bir münaqişə ona dava kimi gəlir. Qəbul etmə forması da çox fərqli olur".

Psixoloq vurğulayıb ki, bir çox ana olmağa hazırlaşan qadınlarımız hamiləlik nədir, özlərinə necə qulluq etməli olduqları barəsində məlumatsız olurlar: "Qadınlarımız açıq havada gəzməli, müsbət fikirdə olmalıdırlar. Çünki bu, onların psixologiyasına müsbət təsir edəcək. Əks təqdirdə onlar daha çox gərgin olurlar. Bu da təbii ki, onun fiziologiyasına təsir edir. Ana olmağa hazırlaşan qadınlarımız öz üzərlərində işləmirlər. Bu da onların bədənlərində gərginliyə və əsəbə səbəb olur. Təbii ki, bu da doğum zamanı əngəl yaradır. Qadın çox səbirsiz olur, tez qıcıqlanır, həkimə qulaq asıb sağlam uşaq gətirməkdənsə öz bildiyi kimi davranır. Bu da uşağın ana bətnində boğulmasına, ya da qadının doğum zamanı qan itkisinə səbəb ola bilər. Mütləq şəkildə ana olmağa hazırlaşan qadınlarımız hamiləlik barəsində məlumatlı olmalıdırlar ki, sağlam uşaq dünyaya gətirsinlər".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 341
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 332
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1050
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 259
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 244
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 215
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 364
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 518
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 912