Azərbaycanda bu yaşayış məntəqələrinin ADI DƏYİŞDİRİLDİ - Siyahıda Lüksemburq da var

Azərbaycanda bu yaşayış məntəqələrinin ADI DƏYİŞDİRİLDİ - Siyahıda Lüksemburq da var"Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

BiG.AZ xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Arif Rəhimzadə məlumat verib.

O deyib ki, 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi təklif edilir.

Layihədə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi, Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi, Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi, Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovka kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi, Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq), Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndinin Çayqovuşan kəndi kimi tanınması təklif olunur.

Bundan əlavə, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi (ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyət kəndi Qədimqala kəndi, Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndinin isə Yeni Çobankərə kəndi adlandırılılması təklif olunur.

Deputat Fazil Mustafa deyib ki, müstəqillik əleyhinə fəaliyyət göstərən şəxslərin, xüsusilə siyasətçilərin adlarının yaşayış məskənləri formasında yaşaması doğru deyil.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1177   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 59
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 145
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 149
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 564
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 932
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 427
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 377