Dollarla bağlı MÜHÜM XƏBƏR

Dollarla bağlı MÜHÜM XƏBƏRAzərbaycanda dollara tələbat artıb. Belə ki, ilin əvvəlindən Dövlət Neft Fondu valyuta hərraclarında 2 535.5 milyon dollar məbləğində xarici valyuta satıb. Ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 314,5 milyon dollar məbləğində valyuta realizə edilmişdi.

Bundan əlavə, banklar da dollarla mübadilə əməliyyatlarını artırıblar. Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 milyon dollar satılıb. Bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur.

Apreldə əhali banklardan 545,660 milyon dollar alıb, banklara 133,928 milyon dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb.

Dollara tələbatın artması səbəblərini oxu.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, yanvar ayından etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə edilir:

"Yəni son beş ayın yekunlarına nəzər yetirsək, rəsmi rəqəmlər xarici valyutaya tələbatın artdığını deməyə əsas verir. Bu, valyuta hərraclarından da görünür. Yanvarda valyuta hərracında banklara 584,8 milyon dollar satılıbsa, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 285 milyon dollar olub.

2018-ci ilin fevralında hərracda 299 milyon dollar, 2017-ci ilin fevralında 258 milyon dollar satılıb. Eləcə də, bu ilin mart ayında hərraclarda 647 milyon dollar, ötən ilin mart ayında 250 milyon dollar realizə edilib.

Aprel ayında isə valyuta hərracında satılan dolların həcmi 2017-ci ilin aprel ayı ilə müqayisədə dörd dəfə çox olub. Belə ki, 2018-ci ilin aprelində hərracda 802 milyon dollar, 2017-ci ilin aprelində 220 milyon dollar satılıb".

İqtisadçı bildirir ki, mart ayında fevralla müqayisədə valyuta hərraclarında dollar satışı 2,2 dəfə, aprel ayında isə martla müqayisədə 25 faiz artım olub.

V.Bayramov deyir ki, dollarla nağd tranzaksiyalarda da artımlar var:

"İlə 195,7 milyon dollar tranzaksiya ilə başlanılıbsa, 2017-ci ilin yanvar ayında bu rəqəm cəmi 62 milyon dollar idi. Rəqəmlər göstərir ki, həm hərraclarda, həm də nağd satışlarda artımlar var. Bunun əsas səbəblərindən biri büdcə xərcləmələrinin və idxalın artrmasıdır.

İdxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. Hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir".

Milli valyutanın əmanətlərdəki payının artmasına baxmayaraq, V.Bayramov dollarla yığımların hələ də üstünlük təşkil etdiyini deyir. Yəni depozit və fərdi yığımlarda dolların mövqeyi daha güclüdür.

Onun sözlərinə görə, dollara tələbatın atmasına psixoloji faktorlar da təsir edib:

"Manatın taleyi ilə bağlı fərqli açıqlamalar bazara psixoloji təsir göstərir. Eyni zamanda, pul dövriyyəsinin artması kimi faktorlar da bazara təsir edir".

V.Bayram hesab edir ki, növbəti aylarda dollara olan tələbin artması proqnozlaşdırılır:

"Güman edilir ki, avqust, noyabr və dekabr aylarında dollara tələb yüksəlsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2955   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 464
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 314
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 543
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 676
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 483
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1700
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

23.04.2024 266
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 338
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 319