3 oğul anası olan Xoşqədəm bağçada döyülən uşaqların videosundan danışdı

3 oğul anası olan Xoşqədəm bağçada döyülən uşaqların videosundan danışdı
Ötən gün azxeber.com saytı Yasamal rayonunda fəaliyyət göstərən "Kids Studio" özəl bağçasında uşaqlara qarşı zorakılığı əks etdirən görüntülər yayımlayıb. Video ciddi müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişində də müzakirə olunub.

Xoşqədəm Hidayətqızı bildirib ki, o görüntülərə baxanda çox stress keçirdim: “Müəllimin uşağı o formada əzişdirməsi mənə çox pis təsir etdi. Ümumiyyətlə, ona müəllim demək də olmaz. Onun diplomu ləğv edilməlidir. Uşağın valideyni kimdirsə, ona müraciət edirəm. Müəllimi məhkəməyə verib süründürün. Dilsiz-ağızsız uşağı elə silkələmək olmaz. Məktəblərdə, sığınma və uşaq evlərində işləyən hər bir kəsin psixoloji durumu və davranışı yoxlanılmalıdır. Evində uşaqları ilə davranmağı bacarmayan, əxlaqı zəif insanlar uşaqlarla işləməyə buraxılmamalıdır. Elələrinə uşaq verilməməlidir. Kim gəldi ona uşaq verilməməlidir. Acınacaqlısı odur ki, həm pulunu ver, həm də uşağın o formada döyülsün. Təsəvür edin o uşaq hansı psixoloji tramvanı yaşayıb”.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 961 Tarix: 12.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər