32 nəfər eyni anda özünü oda verdi – Video

32 nəfər eyni anda özünü oda verdi – Video

Cənubi Afrikada 32 nəfər özünü eyni anda oda verərək Ginnes Rekordlar Kitabına düşüblər.

Məşhur “Grand Parade” meydanında baş tutan sınaq ətrafdakıların çaşqın baxışlarına səbəb olub. Oda davamlı geyimlər geyinən qrup üzvləri başlanğıc və son nöqtələr arasında tək sıra halında yeriyiblər.

Təhlükəsizliyin yüksək səviyyədə qorunduğu rəsmi sınaqda hər adamı bir köməkçi müşayiət edib və ehtimal olunan hər hansı bir çatışmazlıq halında müdaxiləyə hazır olublar.

Xoşbəxtlikdən rekord sınağında qorxulan hadisə olmayıb və 32 nəfər Ginnes Rekordlar Kitabına giriblər.


moderator

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1682 Tarix: 10.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər