Bu gün Azərbaycanda SONUNCU Qədr gecəsidir - Bunları mütləq edin

Bu gün Azərbaycanda SONUNCU Qədr gecəsidir - Bunları mütləq edin

Bu gecə Azərbaycanda sonuncu Qədr (əhya) gecəsi qeyd olunacaq.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.
Bu sözləri metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Bu gecə ilə əlaqəli peyğəmbərin buyurduğu dua bu şəkildədir:

“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”

“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İslam Oxunub: 2116 Tarix: 10.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
qladyoo
qladyoo 11.06.2018
Qedr gecesi hele bitmeyib.ramazan ayinin son 10gunun tek gecelerini qeyd etmek lazimdi...27ci gece bugundur..hele 29cu gece qalibdir...en yaxsisi ise bu son 10 gecenin hamisini dua ve zikrlerle kecirmek lazimdi.Suali olan yazsin
ataxanli
ataxanli 10.06.2018
Allah bütün layiqli müsəlmanların ibdaətini qəbul etsin. Amin
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 
tansu
tansu 10.06.2018
Allah qebul elesin bütün müselmanların ibadetini.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər