Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLAR

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLARGöyçay rayonunda iki gün əvvəl respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən strateji əhəmiyyətli körpünü selin uçurması çayın yatağındaillərdir fəaliyyət göstərən çınqıl karxanaları ilə əlaqədardır. Bunu yerli sakinlər deyirlər. Onlar bildirirlər ki, dəfələrlə bu çınqıl karxanalarının körtəbii fəaliyyəti nəticəsində körpünün bilavasitə yaxınlığında çayın yatağı dərinləşib, nəticədə son günlər yağan güclü yağışlar zamanı yaranan sel körpünün dayaqlarını yuyub.

Məlumata görə, həmin ərazidə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, rayonun sabiq icra başçısı Mübariz Ağayevin və digər iş adamlarının, o cümlədən, ATF adlı şirkətin çınqıl karxanaları fəaliyyət göstərib. Nəticədə çayın yatağının dərinliyi 30 metrə qədər artıb və körpünün uçması qaçılmaz olub.

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLAREkspert deyir ki, cinayət işi qaldırılmalıdır...

Yol hərəkət üzrə ekspert Ərşad Hüseynov da özünün Facebook hesabında uçan körpü ətrafında çayın yatağına ciddi müdaxilələrin olduğunu yazıb. Ekspertin sözlərinə görə, strateji əhəmiyyətli körpünün adi mövsümi sel nəticəsində uçmasının səbəbləri mütləq cinayət işi çərçivəsində prokurorluq və digər orqanlar tərəfindən də araşdırılmalıdır.

"Bu təhqiqatın əsas hədəfi körpünün yaxınlığında çay yatağında qanunsuz fəaliyyətin, o cümlədən daş-çınqıl karxanalarının yaradılması olmalıdır. "Avtomobil yolları haqqında" Qanuna əsasən, körpülərdən hər iki istiqamətdə 1 kilometrlik zonada çay yatağında yol işlərindən kənar bütün işlər, xüsusən də çınqıl çıxarılması qadağandır. Göyçaydan gələn məlumatlara əsasən, uçan körpü ətrafında çay məcrasına ciddi müdaxilələr olub...", - deyə ekspert bildirib.

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLARBəs çayda illərdir işləyən çınqıl zavodlarının körpünün yaxınlığında fəaliyyətlərinə niyə göz yumulub? Körpünün uçmasının qarşısını vaxtında almaq mümkün idimi?

Yoldaş Dövlətov nə deyir?

Göyçay RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov virtualaz.org-a açıqlamasında körpünün uçmasının ərazidəki daş karxanaları ilə bağlı olduğunu inkar edib.

"İsmayıllı rayonuna yağan güclü yağışlar, qarın sürətlə əriməsi həddindən artıq güclü selə səbəb olub. Belə sel adətən 40-50 ildən bir müşahidə olunur. Körpü uçmayıb, körpünün dayaqlarını mühafizə edən yatağı yuyub. Körpüyə yanaşma zonası dağılıb. Bunu çınqıl karxanaları ilə əlaqələndirmək düzgün olmaz. Rayonda çınqıl karxanaları 2014-cü ildən fəaliyyətini dayandırıb", - deyə İcra Hakimiyyətinin rəsmisi bildirib.

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLARAvtomobil Yolları Dövlət Agentliyi bu haqda ilk dəfə eşidir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə virtualaz.org-a açıqlamasında həmin ərazidə çınqıl çıxarılması ilə bağlı məlumlatlı olmadığını dedi.

"Körpünün uçması bilavasitə daşqınla bağlıdır. Sel suları nəticəsində körpü yuyulub, yanaşma yolunda çökmə olub. Orada çınqıl çıxarılması ilə körpünün uçması arasında birbaşa bağlılığın olub-olmadığını bilmirəm. Körpünün ətrafından çınqıl çıxarılması ilə bağlı məlumatım yoxdur", - deyə A. Nəcəfli bildirib.

Xatırladaq ki, iyunun 2-də baş verən uçqun nəticəsində Göyçay rayonu ikiyə bölünüb, rayon mərkəzinin 30-dan çox kəndlə əlaqəsi kəsilib. Həmçinin, çayın sahillərində yerləşən evlərə ciddi ziyan dəyib, bir neçə evi su basıb, xeyli həyətyanı sahəni su yuyub aparıb. Çayın sahilində yerləşən ikimərtəbəli, 14 mənzilli bina da qəzalı vəziyyətə düşüb. Onlarla ailə təhlükə qarşısındadır.

Göyçayda körpünü sel dağıtdı, yoxsa çınqıl mafiyası? - FOTOLARRayon sakinləri çayın yatağının çınqıl karxanalarının fəaliyyəti nəticəsində dərinləşməsi və körpüyə təhlükə yaranması ilə əlaqədar əvvəllər müxtəlif orqanlara müraciət etsələr də, faydası olmayıb.

Daha əvvəl də Göyçay çayı üzərindəki körpüdə uçqun olub. Burada ilk avtomobil körpüsü 1947-ci ildə tikilib. 2002-ci ildə qəzalı vəziyyətə düşən körpüyə parallel olaraq 2003-cü ildə yeni körpü inşa edilib. Amma həmin illərdə körpü inşa edilərkən çayın dərinliyi o ərazidə 4-5 metr olub, körpü də məhz həmin dərinliyə uyğun tikilib. İndi isə çay yatağının dərinliyi körpünün yerləşdiyi ərazidə 30 metrə çatır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1714   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 650
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 335
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 311
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 807
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 305
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 136
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 329
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 948
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 225