"Türkiyədən" Ermənistan ərazisinə "casus aparatı" düşdü

"Türkiyədən" Ermənistan ərazisinə "casus aparatı" düşdü

Türkiyə-Ermənistan sərhədindəki Yeni Amasiya kəndi yaxınlığında yerə texniki vasitələrlə təchiz olunmuş hava şarı düşüb. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bunu yerli icra orqanının rəhbəri Qarik Avdalyan deyib.

Onun dediyinə görə, hava şarını kənd sakinləri tapıblar. Hava şarını görənlərdən bəziləri onu idarəetmə pultu, bəziləri isə müşahidə kamerası adlandırıblar. Onlar elə fikirləşiblər ki, bu "casua aparatı” kəşfiyyat məqsədi ilə Türkiyə tərəfindən göndərilib. Bu səbəbdən onların arasında hətta panika da yaşanıb. Hadisə yerinə erməni polisi və təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalardan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Yeni Amasiya kəndində aşkar edilən naməlum kiçik həcmli hava şarı uzaqdan idarə edilən adi oyuncaq imiş. O da bildirilib ki, həmin "casus aparatı” Yerevanda əksər mağazalarda satılır və heç bir təhlükə daşımır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 563 Tarix: 28.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər