10 ildir ki, vəsiqəsiz maşın sürürmüş - VİDEO

10 ildir ki, vəsiqəsiz maşın sürürmüş - VİDEO

Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib.

Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yo l- nəqliyyat hadisələrinin qarşısını almaq olub.

Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin “saxla” əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.

Sükan arxasında oturanların bəziləri isə sənədlərinin olmamasını etiraf edib. Saxlanılanlardan birinin 10 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üzə çıxıb.

Reyd zamanı saxlanılan 50 sürücünün 20-si barəsində inzibati protokol tərtib olunub. Bəzi avtomobillər dayanacağa aparılıb. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1256 Tarix: 26.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
SVEROKLANA
SVEROKLANA 27.05.2018
Mene catmir serxow adam nece avtomobil surur yaxwidiki gedib agaca girmir


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər