Qusarda 17 yaşlı gənc traktorla birgə kanala düşüb, hələ də tapılmayıb

Qusarda 17 yaşlı gənc traktorla birgə kanala düşüb, hələ də tapılmayıb

Qusar rayonunun Urvaoba kəndində 17 yaşlı traktorçu kanala düşüb, cəsədi hələ də tapılmayıb.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, 17 yaşlı Dəyanət Didar oğlu Nəbiyev idarə etdiyi "T-25"markalı traktorla hərəkətdə olarkən Samur-Abşeron kanalının rayonun Urvaoba kəndi ərazisindən keçən hissəsinə düşüb. Sürətlə axan su sürücünü traktorla bir yerdə aparıb.

D.Nəbiyev əslən Qusarın Əvəcuq kəndindəndir. Kənd camaatının verdiyi məlumata görə, Nəbiyev anası və özündən balaca qardaşı ilə yaşayırmış və ailənin dolandırılması onun üzərinə düşüb. Bu səbəbdən də, yaşının az olmasına baxmayaraq işləməyə başlayıb.

Qusar rayon prokurorluğunda araşdırmaya başlanılıb. 17 yaşlı Dəyanət Nəbiyevin meyiti və traktor isə Samur-Abşeron kanalında hələ tapılmayıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 991 Tarix: 26.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
SVEROKLANA
SVEROKLANA 27.05.2018
Meyiti niye tapilir beke sagdi hansisa agac kolundan tutunub qalib sizde olmeyen adimi oldurursuz


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər