Şirvanda məktəb müəllimi itkin düşüb - FOTO

Şirvanda məktəb müəllimi itkin düşüb - FOTO

Şirvanda məktəb müəllimi itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BiG.AZ-a verilən məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şirvanda məktəb müəllimi itkin düşüb - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 759 Tarix: 26.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər