Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTO

Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTOBakı şəhər sakini, 39 yaşlı Humay Hüseynovanın yaşadığı ağır ailə dramı hər hansı bir serialın süjet xətti ola bilər.

Əvvəllər hər şey yaxşı, öz axarı ilə gedib. Amma keçmiş qayınatası Vəli Vəliyev yol təsərrüfatına rəhbər təyin ediləndən sonra həyatı dəyişib. Əhmədlidəki 4 otaqlı evdən "Milyonerlər məhəlləsi" kimi tanınan küçədə 4 mərtəbəli villaya köçüblər. Amma orada ona gəlin kimi baxmayıblar, əsl qul rəftarı görüb, döyülüb, təhqir edilib. Keçirdiyi sarsıntılardan sonra xərçəngə tutulub, 7 dəfə cərrahiyyə əməliyyatı keçirib. Nəhayət, boşanıblar, ardınca uşaqları da "soğan-çörək" yeməkdən bezdiklərini bəhanə edərək onu tərk ediblər.

BiG.AZ xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Humay deyir ki, qayınatası vəzifədən çıxandan sonra da məhkəmələrə təsir edə bilir. 8 ildir haqqı olan və məhkəmənin qərarı ilə ona verilən əmlakı ala bilmir. Hətta qarşı tərəfin vəkili etiraf edib ki, onkoloji xəstə olduğundan istifadə edərək məhkəmələr vasitəsilə işi yubadırlar, onun ölməsini gözləyirlər. "Ailə qurduğumuz ilk 3 ildə problemimiz olmayıb. Qaynatam vəzifəyə keçəndən sonra varlandı, pul artdıqca evdə problemlər yarandı. Yoldaşım Hüseyn əyləncəli həyata başlamışdı, müxtəlif qadınlarla münasibəti olurdu. Qayınatam isə boşanmağımıza qarşı çıxırdı, 12 il dözdüm. Amma başqa bir qadından övladı oldu, onları da evə gətirməyi, birgə yaşamağı təklif etdi", - Humay danışır.

Şikayətçi deyir ki, sonuncu dəfə Türkiyəyə müayinəyə gediblər, həkim hər 3 aydan bir müayinəyə gəlməyi tapşırıb. Onu əməliyyat masasında tək buraxan Hüseyn ayrılmağı təklif edib. "İndiyədək keçmiş qayınatama qarşı hörmətsizlik etməmişəm, ilk vaxtlar əməliyyat olunmağıma köməklik etdi. Sonuncu əməliyyatdan əvvəl yoldaşım dedi ki, "atam səni evdən buraxmaq istəməyəcək. Ona görə də, özün çıx get, məni atamla üz-üzə qoyma". Qayınatam isə şərt kəsdi ki, "boşansan, uşaqları əlindən alacağam, səni bir parça çörəyə möhtac qoyacağam. Sürünə-sürünə qapıma gəlib məndən çörək pulu istəyəcəksən. Sənin Allahın varsa, mənim də pulum var"", - Humay göz yaşları içərisində xatırlayır.

2010-cu ildə rəsmən boşanıblar, qarşı tərəfin narazılığına baxmayaraq, məhkəmənin qərarı ilə uşaqlar ananın himayəsinə verilib. Amma tanınmış iş adamı - keçmiş qayınata sözünün üstündə durub. "Məhkəmə ayda 300 manat aliment kəsdi, amma cəmi 1 il aliment ödədilər. Uşaqları dolandırmaq üçün aptekdə ikinci növbədə iş tapmışdım. Uşaqlar babaları ilə görüşürdülər, amma onlardan maddi yardım istəmirdim. 2 ildən sonra böyük oğlum babaları ilə yaşamaq istədiklərini söylədi. Dedi ki, "sən bizə yaxşı baxa bilmirsən, babam isə bizə maşın alacaq, xarici ölkələrə aparacaq". 7 ildir oğlanlarıma kənardan baxıram, oğlum məzun olanda məktəbin darvazasının arxasında dayanıb izləyirdim. Qorxdum ki, məni görmək istəməz. 7 illik əzabımı nə yoldaşıma, nə də qayınatama halal eləmirəm".

Humay Hüseynova həyat yoldaşı ilə birgə nikahda olduğu vaxtda alınan, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 19A ünvanında yerləşən 701,4 kvadratmetrlik qeyri-yaşayış sahəsinin bölünməsi üçün 2010-cu ilin fevralında Xətai Rayon Məhkəməsinə müraciət edib. Nəhayət, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi mülkiyyət hüququnun tanınmasına dair qərar çıxarıb. Amma qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmə qərarının yerinə yetirilməsinə əngəl törədib. Bu dəfə də Vəli Vəliyev oğlu Hüseynə qarşı qeyri-yaşayış sahəsinə çəkilmiş xərclər kimi 296 min 244 manatlıq borc iddiası qaldırıb. "Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib, mənim razılığım olmadan əmlaka həbs qoyulub. Daha sonra milyonlarla manat dəyərində olan əmlak guya 296 min manatın əvəzi kimi oğuldan alınaraq ataya verilib. Vəli Vəliyev isə dərhal əmlakı formal alqı-satqı ilə kürəkəni Səməd Əhmədovun adına keçirib. Mən məhkəmələrin gedişi zamanı qarşı tərəfin saxtakarlıq və cinayət əməlləri ilə bağlı bir neçə dəfə Baş Prokurorluğa müraciət etmişəm, amma işə baxılmayıb", - Humay əlavə edir.

Yüzdən çox məhkəmə iclası Humayın durumunu daha da ağırlaşdırıb, nəinki müalicə, hətta müayinəyə getməyə pulu yoxdur. Doğrudur, qarşı tərəfin vəkilləri milyonluq iddiaya qarşı 50 min manat təklif ediblər, amma bu təklif qayınatanın "qılıncının altından" keçmək kimi təhqiredici formada olub.

Humay ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək illərdir ona haqsızlıq edən keçmiş həyat yoldaşı və qaynatasının qəzəbindən qorunmasını xahiş edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4608   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb. APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb. Körpənin 6-7 həftəlik olduğu təxmin edilir. Meyit ərazidən götürülərək təhvil verilib

27.03.2024 535
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386