"Yol polisləri olmasaydı indi həyatda deyildim" - FOTO

"Yol polisləri olmasaydı indi həyatda deyildim" - FOTO

"Əgər yol polisləri olmasayı yəqin mən artıq həyatda deyildim".

Bu sözləri deyən vətəndaş Dövlət Yol Polisinə və onun əməkdaşlarına səmimi minnətdarlığını ifadə edib. Oruc tutduğu üçün sükan arxasında qəfildən səhəti pisləşən Tural Baxışov idarə etdiyi "Kia Sportace" markalı, 90-TG-641 dövlət nömrə nişanlı avtomobillə Bakı-Sumqayıt yolunda yerləşən Baş DYP-nin "Saray postu" adlanan məntəqəsinə daxil olur. DYP-nin müfəttişləri Emin Əsədov və Sahil Ərəbov vətəndaşın vəziyyətini düzgün qiymətləntdirib biri partul maşını ilə yolu açmaqla, digəri isə vətəndaşın şəxsi avtomobilini idarə etməklə Xırdalan şəhər Təcili Tibbi xəstəxanasına catdırırlar. Vətəndaşı vaxtında həkimə çatdırmaqla yanaşı, xəstənin vəziyyəti yaxşılaşana qədər yanından ayrılmırlar. Bütün bu müddət ərzində isə DYP-nin YPXA-nın 1-ci tağımını komandiri, mayor Ülfət Şükürov inspektorlar Emin Əsədov və Sahil Ərəbovla mütəmadi əlaqə yaradaraq, xəstənin səhhəti ilə maraqlanır və vəziyyəti nəzarətində saxlayır. Nəhayət, özünə gələn xəstə sağ-salamat doğmalarının yanına qayıdır.

BiG.AZ xəbər verir ki, Avtosfer.az-a müraciət edən Tural DYP-nin ona qarşı göstərdiyi insani diqqət və qayğıdan, xüsusən də müfəttiş Emin və Sahilin işinə vicdanlı yanaşmasından danışıb və onlara təşəkkürünü bildirib. Tural Baxışov “Saray postun”nun əməkdaşlarının ona göstərdikləri insani diqqət və qayğıya görə təşəkkürün bildirib: “Belə vicdanla öz vəzifəsini yerinə yetirən polislərimiz var. Başda DYP rəisi olmaqla bütün polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

"Yol polisləri olmasaydı indi həyatda deyildim" - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1320 Tarix: 25.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər