Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMAÖtən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan Xocalı aeroportunun hərbi məqsədlər üçün isitfadə olunduğunu barədə açıqlama verib. Ovannisyan aerportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib.

"Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik"-deyə Ovannisyan bildirib.

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib. Buna baxmayaraq düşmən tərəfin təxribatları davam edir.

BiG.AZ xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Modern.az saytına danışarkən deyib ki, aeroportun hərbi təyinatla istifadə edilib-edilmədiyini, uçuş aparatlarını müəyyən etmək çətindir: "Bilirsiniz, Xocalı aeroportu işğal olunmuş ərazidədir. İndiyə kimi həmin ərazidə müxtəlif beynəlxalq normalara zidd, bəzi tələblərin əksinə tədbirlər həyata keçirilir. Məsələn, müəyyən qanunsuz qruplaşmalar, terrorçular hazırlanır, narkotrafik ordan keçir. Yəni bu haqda mütəmadi olaraq məlumatlar var. O cümlədən Xocalı aeroportundan da hərbi məqsədlər üçün istifadə olunur. İlk növbədə bilirik ki, orda ağır təyyarələrin uçuşu üçün imkan yoxdur. Bəlkə də balaca həcmli təyyarələr üçün bu, mümkündür. Ümumiyyətlə, burda yeni bir şey yoxdur. Təbii ki, işğal olunmuş qüvvələr hava məkanını istifadə edirlər və aeroportları, həmçinin digər strukturları da mənimsəyirlər".

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMAŞ.Ramaldanov qeyd edib ki, Dağlıq Qarabağ işğal olunandan sonra region üçün təhlükələr yaranıb:

"Beynəlxalq normalara zidd olaraq Xocalıda yaşayan sakinləri qovublar və bir sıra hər kəsə bəlli olan məsələlər reallaşıb. Hesab edirəm ki, Xocalıda aeroport varsa, o ancaq mülki deyil, hərbi məqsədlər üçün də istifadə olunacaq. Bu baxımdan region üçün ciddi təhlükədən söz açmaq mümkündür. Bilirsiniz, orda olan qüvvələrin heç biri beynəlxalq qurumların nəzarəti altında deyil. Yalnız dövlət kimi tanınan ərazilər nəzarətdə olur. Həmin ərazi Azərbaycan ərazisidir və işğal olunduğu üçün oranı nəzarətdə saxlamaq olmur. Lakin digər beynəlxalq qurumlar ərazini dövlət kimi tanımadığı üçün ora "qara ləkə" kimidir. Yəni qaranlıq məsələlərin cəmləşdiyi ərazidir. Üçüncü dövlətlər də bu tipli əraziləri bu cür saxlamaqda maraqlıdırlar. İstər Ermənistanda olan silah-sursatları, istərsə Rusiyanın hərbi bazasını gizlətmək üçün adətən Dağlıq Qarabağ ərazisi istifadə olunub və olunur".

Polkovnikin sözlərinə görə, nə qədər ki, həmin ərazi işğal altındadır belə proseslər davam edəcək: "Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü bərpa etdiyi halda Xocalı aeroportu və digər öroblemlərə son qoyulacaq. Bu vaxta qədər Azərbaycan heç bir tədbir görə bilməyib. Çünki biz atəşkəs rejimindəyik və onun tələblərinə uyğun olaraq beynəlxalq qurumlar qarşısında öz öhdəliyimiz var. Atəşkəsdən çıxıb öhdəlikdən azad olunanda hansısa addımlar ata bilərik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 280
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 134
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 272
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 285
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 354
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 296
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 469
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 508
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 259