"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMA

"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMAXəbər verdiyimiz kimi jurnalist Elçin Bayramoğlu mağazalara Belarus adı ilə saxta kərə yağlarının satılması ilə bağlı özünün şəxsi sosial səhfəsində məlumat paylaşıb. O, qeyd edib ki, satıcılar dediyinə görə həmin yağlar "Veysəloğlu" tərəfindən gətirilir: Daha hardan gətirir, kim düzəldir bilmirik. Üstünə adi bir kağızda Belarusiya yağı yazılır. Heç bir başqa məlumat yoxdur. 1 kq-lıq əyri-üyrü paketlərdə 4 manatdan 16 manatadək qiymətdə xalqa sırıyırlar. Özüm məxsusi yoxlamışam evdə, adi kimyəvi marqarindir. Kərə yağından əsər əlamət yoxdur dadı da acıdır".

Bununla bağlı BiG.AZ saytına Veysəloğlu Şirkətindən bildirilib ki, Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir:

"Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur. Respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müəssisədən ölkəmizə idxal olunan kərə yağları "Milk World" və "Shuchinski Belarus" adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. "Milk World" adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. "Shuchinski Belarus" kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa "Milk World" 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.

İstehlakçılara bildirmək istəyirik ki, bəzi işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli olmalarını tövsiyyə edirik.

Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi Laboratoriyasında, həmçinin yerli və xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik, keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.

Veysəloğlu Şirkəti olaraq hər zaman insanların sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət veririk".

Aysel Yusifqızı
"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2490   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0