Azərbaycanlı deputat :"Niyə axı məni təhqir edirlər?"

Azərbaycanlı deputat :"Niyə axı məni təhqir edirlər?""Mənə çox təəccüblüdür, niyə axı, sosial şəbəkələrdə mənə qarşı bu cür etikadan, siyasi mədəniyyətdən kənar münasibət sərgilənir? Hər gün təhqir olunuram. Bunu edənlər vicdanlarına baş vursunlar".

Bu sözləri gununsesi.info-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli sosial şəbəkələrdə təhqir olunması faktına münasibətində deyib.

Qeyd edək ki, zaman-zaman facebook istifadəçilərinin hədəfinə tuş gələn komitə sədrini bu dəfə 3 gün öncə övladı şəhid olmuş bir ata ilə müqayisə ediblər. Hər iki şəxsin fotosunu paylaşan facebook istifadəçiləri şəhid atasından təxminən 10 yaş böyük olan Hadi Rəcəblinin daha gümrah, daha sağlam olmasını yazır.

Saytımıza açıqlamasında Hadi Rəcəbli belə bir müqayisənin qüsurlu olduğunu deyərək, əlavə edir ki, övladını itirən atanın o vəziyyətdə fotosunu paylaşmaq doğru hal deyil: "Birincisi, o atanın övladı vətən uğrunda şəhid olub. Övladını itirmiş atanın təbii ki, beli bükülür. Ancaq bu cür fotoları paylaşmaq doğru deyil, bizə düşmən baxır. Mənim gümhrah olmağımı yazanlara isə deyirəm ki, hər gün özümə əziyyət verib, idmanla məşğulam".

Tez-tez gündəmə gəlməsini rəhbəri olduğu komitəsinin fəaliyyəti ilə əsaslandıran Hadı Rəcəbli bildirib ki, əhalinin həssas təbəqəsi ilə işləmək çətindir: "Mən təkcə ötən həftə 61 vətəndaş qəbul etmişəm. Hər gün bir neçə nəfər qəbul edirəm. Əlimdən gələni gələni edirəm ki, insanların problemləri həll olunsun. Elə hal olub ki, görmüşəm telefonla, məktubla həll olunmur, durub özüm nazirin qəbuluna getmişəm. Bu gün sosial şəbəkələrdə məni qınayanlar, yaxşı olardı ki, aldığım təşəkkür məktublarına da yer ayırardılar. Çalışmışam mediaya açıq olam. Amma bir də görürsən demədiyim sözləri ictimailəşdirirlər. Bu jurnalisti tapanda isə üzrxahlıq edir. Belə olmaz. Mən əzblar, görmüşəm, çətinlikləri yaşamışam, nə qədər ədalətsizliklərin şahidi olmuşam. Məni tanıyanlar bunu yaxşı bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 296
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 300
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 597
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 376
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 638
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 226
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 363
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 916
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 250