Alpinistlərin itkin düşməsinin pərdəarxası məqamları: 3 gün ərzində... - FOTOLAR+VİDEO

Alpinistlərin itkin düşməsinin pərdəarxası məqamları: 3 gün ərzində... - FOTOLAR+VİDEODekabrın 27-dən itkin düşən "Gilavar" idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri may ayının 16-da aşkarlanıb.

5 ay sonra alpinistlərin meyidlərinin tapılması özü ilə birgə çoxlu sayda suallar yaradır.

Alpinistlər 3 gün ərzində zirvəyə qalxmalı və geri qayıtmalı idilər. Peşəkar alpnistlərlə söhbət zamanı məlum olur ki, Tufandağa çıxmaq üçün 5 gün lazımdır. Ancaq Ekologiya və Təbii Sərvətləri Nazirliyi alpinistlərə cəmi 3 gün vaxt verib. Verilən müddətin azlığı da müəmmadır. Əlverişli yer seçminə 3 günlük möhlətin əngəl olduğu təxmin edilir. Belə ki, vaxt azlığı alpinistləri gecələmək üçün Mahmud dərəsinin sonunda çadır qurmağa məcbur edib.

Könüllülərlə Sərhəd Qoşunlarının getdiyi ilk gün Milli parkın traktoru olsa da, yolu açmamışdı. Hətta Milli parkın rəhbəliyi və ETSN-nin rəhbərliyinin könüllü alpinistlərin əraziyə gələcəyindən məlumatları olsa da, yolu təmizləməyiblər. Nəticədə onlar lapatka ilə yol qazıblar. Bunu görən FHN-nin helikopteri eni. edib könüllü alpinistləri əraziyə aparır. Yol açıldıqdan sonra Sərhəd Qoşunları şah yaylağa çıxır və sonra yenidən geriyə qayıdır. Alpinistlərin əraziyə girdiyi gün Azərbaycanda ikinci ən böyük küləkli gün olub. ETSN meterologiya idarəsi həmin ərazidən 3 km kənarda yerləşir. Amma hava pisləşsə də Mahmud dərənin baş hissəsində metrologiya idarəsinin 10 əməkdaşı olduğu halda əraziyə alpinistlərin arxasınca gedən olmayıb. Bu havada alpinistlərin əraziyə buraxılması da ciddi suallar yaradır.

Alpinistlərin itkin düşməsindən dərhal sonra axtarışlara başlanılır. Ancaq axtarışlara rəhbərlik edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini (ETSN) Firdovsi Əliyev Fövqəladə Hallar Nazirliyinin iş aparmasına mane olub. Axtarışda ETSN, FHN-nin əmkdaşları ilə yanaşı könüllülər də iştirak edib. Onlar arasında Emil Vəliyev, Şirxan Məmmədov və digərləri olub. Axtarışa rəhbərliyi də Şirxan Məmmədov edib.

Axtarışların aparılmasından bir neçə gün sonra qar yağmağa başlayır. Mahmud dərəsində qarın qalınlığı 15-20 metrə çatır. Maraqlıdır ki, axtarış günü yollar ekoloq traktorlar tərəfindən təmizlənməyib. Bundan əlavə ETSN-nin rəhbərliyi axtarışların 2-ci günü gecə saatlarında əraziyə gəlib. İlk 2 gün onları hər yerdə axtarıblar hətta zirvəyə qədər çıxılıb. Heç yerdə tapa bilməyəndə sonra axtarışda iştirak edən alpinistlər belə qərara gəlib ki, onlar qar uçqunu altında qalıblar.

İlk günlər FHN-nin xilasedicilərinə şərait yaradılmadığı vurğulanır. Qazıntıların düzgün aparılmamasına etiraz edən könüllüləri Firdovsi Əliyev ərazidən uzaqlaşdırıb. Emil Vəliyev alpinistlərin indi tapıldığı yeri qazmaq lazım olduğunu dedikdə, Əliyev, "şou göstərmə" deyərək onu qovub.

Verilən məlumata görə, ETSN-nin əməkdaşları Mahmud dərəsini qazmaq yerinə, qumluq ərazilərdə axtarış aparıblar. Bu da alpinistlərin narazılığı ilə qarşılanıb. Maraqlıdır ki, alpinistlərin üzərində siqnalverici cihazlar olmayıb. Araşdırma zamanı məlum olur ki, alpinistlər, demək olar ki, heç vaxt siqnalverici cihazlardan istifadə etməyiblər. Alpinistlərlə söhbət zamanı Hüseynqulu Bağırovun şəxsi istəklərinin həmişə ön planda olduğunu və ona qarşı gələn bütün alpinistlərə qadağa qoyulduğunu bildiriblər.

Əldə etdiyimiz məlumata görə, alpinistlər əvvələr 5 gün öncədən əraziyə gedib məşq edir və sonra zirvəyə doğru hərəkət edirmişlər. Ancaq bu dəfə Hüseynqulu Bağırov buna qarşı çıxıb. Nazirin qərarının nəticəsi də ortadadır.

Vaxtında Hüseynqulu Bağırova qarşı çıxan alpinistlərin əraziyə gəlməsinə məcburən icazə verən ETSN sonradan da onların işinə maneə törədib.

Əldə etdiyimiz məlumata görə, ETSN könüllülərinə ərazidə işləməsi üçün traktorlar da verilməyib. Hüseynqulu Bağırov açıqlamasında dediyi kimi, dövlət tərəfindən 100 000 manata alınmış maşınlar əraziyə çıxarılmayıb və axtarışa niyə qoşulmayıb. Bu da özlüyündə cavabsız suallar ortaya çıxarır.

Araşdırma zamanı məlum olur ki, axtarışın düzgün aparılmamasının əsas səbəblərindən biri də ETSN ilə FHN-in yola getməməsi olub.

"Everest" İdman Klubunun direktoru Rusif Bağırovla söhbət zamanı bildirir ki, ilk gündə sadəcə FHN-nin Toğrul Mehdiyevin rəhbərlik etdiyi xüsusi riskli qurupu hazırlıqlı gəlmişdi, digərlərinin heç bir hazırlığı olmayıb:

"Axtarışlarda tamam adiyyəti olmayan təpələrə yönləndirmişdilər. Əgər düzgün iş aparılsa və texnika vaxtında gəlsə idi, 1 həftə və ya 10 gün ərzində alpinistləri tapmaq olardı. FHN hadisədən 9 gün sonra orda gərargah qurub, medianı apardı şou göstərməyə. Könüllülər medianı məlumatlandırıb, qərargah istəməsəydilər, FHN qərargah qurmazdı".

Axtarışları həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü 4 metrə qədər azalmışdı.

Toğrul Mehdiyevin bu açıqlmasına isə "Everest" idman klubunun direktoru Rusif Bağırov sosial şəbəkədə cavab verib. Rusif bağırov fotolarla sübut edib ki, alpinist dostlarımızın cəsədləri FHN-nin qeyd etdiyi kimi 4 metr deyil, 1.20/30 sm dərinlikdən çıxarılıb.

Alpinistlərin itkin düşməsinin pərdəarxası məqamları: 3 gün ərzində... - FOTOLAR+VİDEOAlpinistlərin itkin düşməsinin pərdəarxası məqamları: 3 gün ərzində... - FOTOLAR+VİDEOAlpinistlərin itkin düşməsinin pərdəarxası məqamları: 3 gün ərzində... - FOTOLAR+VİDEOAxtarışlara ETSN, FHN, könüllülərlə yanaşı Avstriya Daxili İşlər Nazirliyinin xilsaetmə polisi, alpinist Adolf Harrer və Türkiyədən bir qrup axtarışlarda iştirak edib.

Məsələ ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Günahkarların kimliyi isə bu təhqiqatda meydana çıxacaq.

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2475   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198