Aparıcı Aytən Rövşanəyə söz atdı: "Rəqqasənin saçları yandı, kiməsə "gədə" özünsən" dedirtmək..."

Aparıcı Aytən Rövşanəyə söz atdı: "Rəqqasənin saçları yandı, kiməsə "gədə" özünsən" dedirtmək..."
"Qadın aparıcılar var ki, 1-2 saat qrim otağında qalırlar. Sən 15 dəqiqə də, 1 saat da otursan eyni adamsan. Öz verilişinin, insanlara çatdıracağı üzərində düşünməkdənsə, deyir, görəsən efirdə necə görünəcəm? ATV-də qrim otağında ən tez hazırlaşan mənəm. 4 dəqiqə bəs edir ki, hazırlaşım efirə çıxım. Jurnalist kiməsə nəyisə öyrətməlidir”.

Bu sözləri aparıcı Aytən Səfərova "ATV kulis” verilişində deyib. O, son günlər proqramında qalmaqallar yaşanan həmkarı Rövşanə Ağasəfqızı və prodüser Sayqa Cahidə söz atıb:

"Rəqqasənin saçları yandı, kiməsə "gədə” özünsən” dedirtmək mənlik deyil. Ucuz reytinq qazanmaq mənim verilişimdə olmayacaq, ətim tökülür. Tamaşaçıya hörmət qoymağa çalışıram.

Proqramımda tamaşaçını aldatmaq üçün kiminsə yalandan ürəyi getməyəcək. Bir veriliş var orada hamının ürəyi gedir, bütün zal ağlayır”.

Qeyd edək ki, Sayqa Cahidin "Sayqa ilə bu axşam" verilişində başına şamdan qoyan rəqqasənin saçı yanmışdı. Ekstrasens Bayram Nurlu isə Rövşanənin "Sirdaş Rövşanə" verilişində kulturoloq Aydınxan Əbilov arasında dava düşmüşdü. Kultroloq qarşı tərəfə "gədə" demişdi.

mənbə: axşam.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1854 Tarix: 22.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər