Azərbaycanda məşhur restoranda PARTLAYIŞ - FOTO

Azərbaycanda məşhur restoranda PARTLAYIŞ - FOTOBakıda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verib.

Qafqazinfo xəbər verir ki, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən "Dükkan" restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.

Belə ki, ictimai obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqları da çox qorxub: "Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin də pulunu aldılar və hadisəyə görə üzr istəyən də olmadı".

Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: "Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi".

Müştərilərdən biri, Aygün adlı xanım restoranın terras hissəsində açıq havada divarın yanında qaz balonu yerləşdirildiyini və hadisə vaxtı həmin balonun partladığını qeyd edib: "İşçilər də hadisədən sonra qaz balonunun partladığını dedilər, amma təhlükəsizlik qaydalarına görə nazirliyin onları cərimələməməsi üçün rəsmi rəsmi qurumlara məlumat vermədilər. Biz partlayış vaxtı alovu da gördük".

Toğrul Xələfov adlı şəxs isə həmin zaman partlayış baş verən divarın yanındakı masada əyləşdiyini bildirib.

"Dükkan" restoranı isə müştərilərə cavabında orada belə bir hadisənin baş vermədiyini bildirib: "Sadəcə, yaxınlıqdakı ərazidə partlayış baş verib və "Dükkan"da onun səsi eşidilib".

Lakin restoranın adını açıqlamaq istəməyən administratoru "Qafqazinfo"ya açıqlamasında qaz balonundan yanğın baş verdiyini açıqlayıb:

"Bizdə qaz xətti var, amma təzyiq zəif olduğu üçün qaz balonu istifadə edirik. Dünən də partlayış baş verməyib, qaz balonunda yanğın oldu, müştərilər hamısı durub çölə qaçdı. Biz özümüz alovu söndürdük. Restorana heç bir ziyan dəyməyib, xəsarət alan da olmayıb. Sadəcə, həmin adamlar hesabın çox olduğunu deyərək hər yerə yazıb bizdən şikayət edilər. 20 nəfərə 140 manat hesab veriblər".

"Dükkan"ın administratoru bu gün rəsmi qurumların restorana baxış keçirəcəyini bildirib: "Qaz idarəsi və Fövqəladə Hallar Nazirliyindən zəng etmişdilər, bu gün gəlib yoxlama aparacaqlar. Biz yanğından sonra polisə və yanğın bölməsinə məlumat vermədik, çünki buna ehtiyac olmadı".

Qeyd edək ki, dünən də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən kafedə qaz balonunda yaranan yanğın sonrası baş verən partlayış nəticəsində 3 nəfət vəfat edib, 1 nəfər ağır yaralıdır.

Azərbaycanda məşhur restoranda PARTLAYIŞ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1277   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459