"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ2018-ci ilin əvvəlindən Bakının "Sovetski" məhəlləsində anons edilən kütləvi söküntü prosesi ləngiyir. "Təzə Pir" məscidinin yuxarı hissəsində, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçələri arasındakı köçürülmə nəzərdə tutulan ərazilərdə sakinlərə ilin əvvəlində bildirişlər paylansa da, evlərin söküləcəyi tarixi heç kim bilmir.

"Sovetski"nin qalan hissəsinin köçürüləcəyini fevral ayında Yasamal rayonuna yeni təyin olunmuş icra başçısı Əziz Əzizov elan etmişdi. İcra başçısı köçürüləcək ünvanlara baş çəkib, ərazidə 2010 yaşayış və qeyri yaşayış obyektlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə tapşırıqlar vermişdi. Amma Bakının bu qədim məhəlləsində bir neçə il əvvəl başlamış söküntünün ikinci mərhələsi hələ başlamayıb.

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏVirtualaz.org-un əməkdaşları tarixi məhəllənin dağıntıların əhatəsində qalan sonuncu dalanlarına baş çəkiblər. Buldozerlərin səs-küyü, iri yük maşınlarının sağa-sola şütüyərək havada yaratdığı toz-duman burulğanı buradakı sakinlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Evlərinin nə vaxt söküləcəyini, nə zaman köçürüləcəklərini isə heç kim bilmir. Məlum oldu ki, icra hakimiyyətinin söküntü ilə əlaqədar səlahiyyətli şəxslərini də onlar axırıncı dəfə elə bildirişlər paylananda görüblər.

"Sovetski"də son bir neçə ayda yolların çəkilişi və digər təmir işləri aparılsa da, əsas dəyişiklik söküləcək evlərin qarşısına çəkilən nəhəng divardır. Əlində qara boya divarın içəri üzünü rəngləyən fəhlə bizə hasarın müvəqqəti – bir neçə aylıq çəkildiyini deyir. Bu həm içəridəki söküntünün görünməsinin qarşısını alır, həm də toz-torpağı küçəyə yayılmağa qoymur.

"Hər gün əl gəzdirilməsə, burada yaşamaq olmaz"

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏHasarda giriş-çıxış üçün qoyulmuş arkodan içəri daxil oluruq. Burada evlərlə zibilliklərin sərhədi çoxdan itib. Qazıntıların arasında evlər, evlərin arasında qalaqlanmış zibil yığınları gözə dəyir. Amma həyətlərin qarşısında yığılıb nərd oynayan ağsaqqallar keçmiş "Sovetski"nin ruhunu hələ də yaşadır. Onlara yaxınlaşmağımızla sanki dərdlərini təzələyirik.

"Gəlib sökmürlər ki, canımız qurtarsın, qalmışıq tozun, zibilin içərisində. Nə yaşayışımız yaşayışdır, nə günümüz gün. Evlərimiz kiflənib, divarlar suyun içərisindədir. Biz dədə-babadan burada yaşamışıq, hələ indiyəcən belə nəmişlik görməmişik. Bütün məhəllənin kanalizasiyasını qazıblar, dağıdıblar, evlərimiz bu günə düşüb", - deyə sakinlərin ən yaşlısı, Vahid Bünyadov sözə başlayır.

Nərimanov prospekti, dalan 3-də yaşayan həmsöhbətimiz yaşayışını gözümüzlə görmək üçün bizi içəri dəvət edir. Ensiz dəhlizi keçib 4 ailənin yaşadığı həyətə daxil oluruq. Bir-birinin içərisində yerləşən iki otaqdan ibarət mənzilin girişindən nəm qoxusu hiss olunur.

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ"Burada paltar şkafı var idi, nəmdən çürüdü, sındırıb atdım. O biri şkafda nə qoymuşamsa, hamısından su axır. Divarların da rəngini görürsünüz, hər gün əl gəzdirilməsə, burada yaşamaq olmaz. Bəzən olur ki, yaxınlıqda ağır texnikaya görə oturduğumuz yerdə ev iki saat titrəyir. İydən, səsdən oturmaq olmur, bu yaşımızda bütün əsəblərimiz korlanıb. Yayın cırhacırında onsuz da otaqda hava yoxdur, məcburiyyətdən xalçanı sərmişik", - həmsöhbətimiz xalçanı qaldıraraq altındakı suyu bizə göstərir. Otaq daim nəm qaldığından döşəməyə vurulan laminat sıradan çıxıb. Otağın havası o qədər ağırdır ki, bir neçə dəqiqə belə içəridə qalmaq çətinlik yaradır.

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ"Şəhərin qurtaracağında komada qalacağamsa, elə oturmuşam da dədə-baba yurdumda..."

Həyətdən çıxmağa hazırlaşırıq ki, digər sakin, Fərhad Dostəliyev yaxınlaşaraq veriləcək kompensasiyanın azlığından narazılığını bildirir: "Elə indicə mağazadan gəlirəm. Əvvəllər 2.80 qəpiyə aldığım yağı 4 manat 60 qəpiyə almışam. Demək olar ki, qiymət 2 dəfə qalxıb. Bura sökülməyinə sökülsün, biz bir şey demirik, amma kompensasiyanı da heç olmasa qaldırsınlar. Bizə deyiblər hər kvadrat metrə görə 1500 manat kompensasiya veriləcək. Bu ərazidə 2-3 adamda 30 kv metr sahəsi olan ev var, əksəriyyəti 15-20 kv metrdir. Bu pula biz nə alacağıq? Hövsanda da iki otaqlı ev 80 min manatdır. Əgər şəhərin qurtaracağında da bu boyda komada qalacağamsa, elə oturmuşam da dədə-baba yurdumda. İtə də itliyi ilə bir koma alırlar, yerləşdirirlər, axı biz insanıq", - deyə F. Dostəliyev gileylənir.

Çingiz Mustafayev küçəsində də oxşar vəziyyətlə qarşılaşırıq. Hazırda "Sovetski"də avtomobil dayanacağına nəzarət edən Rəhim Lütfəliyev deyir ki, bildirişin verilməsindən 3 aya yaxın vaxt keçsə də, sökülmədən xəbər yoxdur.

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ"Elə vəziyyətdəyik ki..."

Salatın Əsgərova küçəsi, dalan 1-də yaşayan Həlilə Məhərrəmova isə deyir ki, prezident seçkilərindən sonra evlərinin söküləcəyinə ümid edirdi: "Biz dedik bəlkə seçkilərdən sonra evlərimiz sökülər. Əslində bura çox rahatdır, şəhərin mərkəzidir, maşın olmasa belə şəhərin mərkəzinə ayaqla gedirəm. Yəni köçməyə könülsüzəm. Amma elə vəziyyətdəyik ki, evimiz kif atıb. Bütün əşyalarımızı qutulara yığıb gözləyirik. Bilsəydik köçməyəcəyik, evimizi təmir edərdik".

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏSakinlərlə söhbətdən aydın olur ki, onlar söküntüdən və vəd olunan kompensasiyanın miqdarından narazı olsalar da, buldozerlərə müqavimət göstərmək niyyətində deyillər. Ən böyük istəkləri ömürlərinin 4 ilini alan söküntünün tezliklə bitməsini istəyirlər.

"Sovetski" ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə məhəllədən köçürülüb. Köçürmə prosesi kompensasiyanın məbləğinə görə çoxsaylı mübahisələrlə, etiraz aksiyaları ilə müşaiyət olunub.

"Birdəfəlik sökmürlər ki, canımız bu zülmdən qurtara..." - Yüzlərlə AİLƏ AYAQ ÜSTƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1456   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 135
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 302
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 269
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222