III Dünya müharibəsi... - Pentaqonun Rusiyanı iflic edəcək planı ORTAYA ÇIXDI - VİDEO

III Dünya müharibəsi... - Pentaqonun Rusiyanı iflic edəcək planı ORTAYA ÇIXDI - VİDEO"ABŞ çətin ki, Rusiya tərəfindən genişmiqyaslı müdaxilə halında Ukraynanın ərazisinə öz bölmələrini göndərsin, amma bundan daha əhəmiyyəti kömək göstərə bilər".

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bunu "ObozTV"nin efirində "Müharibənin hədləri" proqramında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Harri Tabax bildirib.

"Qoşunları göndərmək çox mürəkkəb prosesdir. Konqresin icazəsi və digər faktorlar var. Biz II Dünya müharibəsində, yaxud da Vyetnamdakı kimi vuruşmuruq. Artıq kosmos və peyklərin də iştirakı ilə tamamilə başqa müharibə gedir. Biz ukraynalılara haranı və necə güllələmək lazım olduğunu, təhlükənin haradan çıxdığını göstərə bilərik", - amerikalı zabit bildirib.

Kapitan Ukrayna silahlı qüvvələrinin 2014-cü ildəki ordu olmadığını sözlərinə əlavə edib.

Onun fikrincə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dünyanın hər hansı nöqtəsində silahlı qarşıdurma hadisəsi üzrə müxtəlif planlara malikdir:

"Pentaqonda planlar çoxdur. Biz bilirik ki, Ukraynada müharibə başlansa, necə hərəkət etmək lazımdır. Çünki Ukrayna və Rusiya indi silahlı konfliktdədir. Biz nəsə etməyə hazır olmalıyıq ki, Üçüncü dünya müharibəsi başlamasın".

Eyni zamanda, Tabax NATO-nun belə vəziyyətdə qoşunların daxil edilməsinə qədər bir çox aktiv hərəkət edə biləcəyini istisna etməyib.

"Yəqin, belə plan var. Çünki, Ukrayna NATO-nun dostu hesab edilir, Brüsseldə NATO-nun qərargahında Ukrayna silahlı qüvvələrinin nümayəndələri var", - o yekunlaşdırıb.

Daha əvvəl "Obozrevatel" nəşrinə danışan hərbi ekspertlər bildiriblər ki, ABŞ "Javelin" tank əleyhinə raket komplekslərinin ardınca Kiyevə daşınabilən zenit-raket komplekslərini çatdıra bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0