"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏAzərbaycan Uşaqları İctimai Birliyini sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə BiG.AZ-ın suallarını cavablandırıb.

-Kəmalə xanım son zamanlar sizin adınız rüşvətxorluqda hallandırılır və bununla ilə mətbuatda çoxlu məlumatlar gedir. Sizə yönəlmiş bi iddialar nə qədər həqiqəti əks etdirir?

-Bütün bunları edən qardaşımın keçmiş həyat yoldaşı Həcər Kəngərlidir. O, məni ləkələmək üçün əlindən gələni edir. Bir qalmaqallı mövzu olan kimi mən diqqət mərkəzində oluram. Amma söhbət Kəmalədən getmir. Jurnalistlər Kəmalənin komanda şəklində gördüyü işlər barəsində də yazsınlar. Mən o başlıqları görəndə dəhşətə gəlirəm. Yəni o, qonarara görə bunu etməyə dəyərmi?! Özü də araşdırmadan. Bəs jurnalistika araşdırması harda qaldı? Bir adam araşdırdırmır ki, o, insan illər boyu burada işləyib. O, qadının qardaşım arvadı olmasını çalışdıqları qədər gizlətdilər. Necə olur mənim bu təşkilata rəhbərlik etdiyim dövrdə onlarla nazirliklərdə, elm və dövlət müəssisələrində buranın təcrübəsini keçib gedən insanlar işləyir. Onların heç biri ilə problemim olmadı. Birdən-birə məsləyimə, amalıma zidd hərəkətlər etdim? Rüşvətxorluq nə deməkdir? Mən o pulu alıb, kimə vermişəm? Kimdir axı o adam? Evinizdə yaşayan insanın yanında iş məsələlərini danışırsınız. O, bilirdi ki, 8 ay müddətində mən kimdən borc almışam. Mən ona deyirdim ki, layihə davam edəcək, sadəcə pullarda geçikmə mənə aid bir şey deyil. Nazirlik və təşkilat ötürməlidir ki, bizim hesaba otursun. Bu da nazirliklər arası olan bir məsələdir. O, yaxşı bilirdi ki, mən hansı nazirlikdə işləyən dostlarımdan borc almışam. O, sadəcə nazirlikləri qarışdırır. Guya Səhiyyə Nazirliyin adını hallandırır. Amma mən o, nazirliklə heç bir əlaqə yoxdur. İl ərzində 38-dən çox şikayət olub. Araşdırıb, hər şeyi yoxlayıblar. Mən təşkilatın rəhbəri olaraq gedib, hansısa bankdan istədiyim məbləği çəkə bilmərəm. Düzdü 90-cı illərdə kimlərsə nəsə edib. Təkliatımızın ilk dəfə rəsmi hesabı 2003-cü ildə olub. Bizim layihəmizə maliyyə ayıran təşkilat özü ayrıca yoxlama aparır. Burada hər kəsin ayrıca bank hesabı, VÖEN-i, müqaviləsi var. Özü gedib banklarda çek kitabçasına imza atıb, götürməsə mümkün deyil. Mən yeni Amerika kəşf etməmişəm

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏ- Həcər xanım kimlərinsə sizə qarşı istifadə etdiyi təxribat ola bilərmi?

-Əlbəttə o da var. 2016-cı ildə mən burda iki əməkdaşımızı uzaqlaşdırdım. Görürdüm ki, bu oyunun içərisində bu insanlarda var. Burdan maaş alıblar, hətta istədikləri kimi də istifadə ediblər. Amma bunun üstünü mən 2016-cı ilin aprelində açdım. Bir əməkdaşımız mənə dedi ki, kənarda söhbət edək. Söhbət edəndə mənə dedi ki, səni tutacaqlar. Səbəbini soruşanda dedi ki, Həcər sənin haqqında çox ciddi ittihamlar irəli sürür. Məndə bildirdim ki, o, mənim qardaşım arvadı olub, ola bilsin ki, qıcıqlıdır. Zamanla düzələcək. Mən Həcərin əri deyiləm. O, insan israrla ölkədən qaçmağımı istədi. Niyə qaçım axı. Mən dövlətimi sevən, heç kimin bir manatını belə mənimsəməyən insan olmuşam. Bu sığınma evi mənim ciyinlərimin üzərində yaranıb. Çoxları mənə dedi ki, sən bu yükün altından çıxa bilməyəcəksən. Mən uşağı axşam 9-a qədər maarifləndirirdimsə, 9-dan sonra onu necə küçəyə qaytara bilərəm. Onda bu nə dəstək olardı. Mən buranın tualetini belə yumuşam, of da deməmişəm. 2001-ci ildə sığıncaq yaratmaq çox çətin idi. Çünki bir beynəlxalq təşkilat belə yaxın gəlmirdi. Çünki sığınacaq sözününü özü ağırdır. Dövlət qurumlarında bu barədə söhbət getmirdi. Bir sığınacaq yaradılmışdı. O da Daxili İşlər Nazirliyinin tərkibində insan alverinin qurbanları üçün idi. Mən bir parça ətdən 20 uşağa baxırdım. Altlarını təmizləyib, paltarlarını geyindirirdim. Ağır zöhrəvi xəstəliklə gələn uşaqlar olurdu. Biz onları qanadımızın altına alıb qoruduq. Gecə-gündüz onlar üçün savaşırdıq. Mənim telefonum susmurdu. Qaynar xətt kimi uşaqlara öz nömrəmi vermişdim. Minlərlə uşağa dəstək olmuşuq. Biz bu modeli yaradıb dövlət dəstəyi də almaq istədik. Alınmayıbsa neyləməliyəm. Qapını bağlayıb getməliyəm? Mən hər dəfə demişəm. O gün olsun bu sığınacağa ehtiyacı olan bir uşaqda olmasın. Mən işsiz qalacam? Düzdü bu gün mən hansısa dövlət orqanında işləyə bilmərəm. Çünki yaş məsələsi var. Amma qutab bişirərəm, əl işləri hazırlayaram, uşaqlar üçün araşdırmalar edərəm, ya da kreditdə olan maşınımı taksi kimi istifadə edib pulumu qazanaram. Burda ayıb heç nə yoxdur. Mənim qəyyumluğumda rəsmi olaraq 32 uşaq var. Amma bu sığınacaq bağlanarsa onların hamısı evimə aparacam. Heç bundan qorxmuram da. Mənim sorumluluğum ilk dəfə küçə uşağının məni döyməsində oldu.

-Siz qaraçı uşaqlar tərəfindən döyülmüsünüz? Bu barədə zəhmət olmasa danışardınız...

-Rejissor işlədiyim dövrdə tədbirlərimiz daha çox bulvar konsertləri olduğundan gecə 12-dən tez evə gələ bilmirdim. Bir dəfə Razində (indiki Bakıxanov qəsəbəsi) axırıncı avtobusdan düşüb, evə tərəf gedirdim ki, məni arxadan vurdular. 5-6 yeniyetmə küçə uşağı idi.
Onlar çantamı əlimdən almaq üçün məni var gücləri ilə döydülər. Çantada telefonum və bəzi sənədlərim olduğu üçün vermədim, bilmirəm bəlkə də o anda bir hiss idi ki, çantadan bərk-bərk yapışmışdım. Səsimə ətrafdan adamlar gələndə uşaqlar məni buraxıb qaçdılar. Bir qədər aralanmışdılar ki, Post Patrul Xidməti onları tutdu. Söhbət 1999-cu ildən gedir. Polisdə onların vəziyyətini öyrənəndən sonra şikayət vermədim. Elə o uşaqlardan biri sonradan mənim könüllü "outrich"im oldu. Belə ki, 2000-ci ildən küçə uşaqları ilə araşdırmalara başladım və o uşağın köməkliyi ilə yardıma ehtiyacı olanları tapdıq. O, Razində "Roma qrupu"ndan olan qaraçı uşaqları tapdı, daha sonra şəhərdəki çevrəsini... Mən o zaman özümə söz verdim ki, bu gün məni döyən sabah başqalarına da xəsarət yetirə bilər və həmin gündən onlarla işləməyə başladıq.

-Bəs niyə jurnalistlər uşaqların gələcəyi üçün bu qədər çalışdığınızı görmürlər. Bunları yazmaq əvəzinə əsası olmayan məsələnin üzərinə gedirlər?

-Siz jurnalistsiniz. Sizə sensasiya lazım deyilmi?

-Xeyr mənə lazım deyil.

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏ-Sizin kimi düşünən neçə jurnalist var? Əsas problem budur. Təəssüf ki, bu gün jurnalist araşdırması yoxdur. Bizim sığıncaqda bir qazan asılır. İşçiyə ayrı, rəhbərə ayrı söhbəti yoxdur. Bizim sığınacaqda yüzlərlə qadına, uşağa dəstək olunub. Neçə qadınlarımız var. İşləyib, pul yığıb ona ev tikmişik. Onlayn satışı öyrətmişik. Onlar əl işlərini bu yolla satıb dollanırlar. Bu gün bunları yazan neçə jurnalist var. Təəssüf ki, yoxdur. Amma mən desəm ki, zorlanmış uşaq var. Qaça-qaça gələcəklər. Biz neçə zorlanma faktlarını mətbuatdan gizlədirik. Çünki maneə olurlar. Mən zorlanmış uşağı necə komera qarşısında oturdum?! Əvvəla bu hüquq pozuntusudur. Uşaq hər dəfə eyni şeyi deyəndə o anı yenidən yaşayır. Zorlanmış uşağın məhkəmədə 2 saatlıq keçirdiklərindən esse yazdım. Atası tərəfindən təcavüzə məruz qalan 6 yaşlı qızın məhkəməyə qədər keçirdiyi hisslərdən bəhs edilirdi. Mən o qızın yerinə bir anlıq özümü qoydum.

Mənim ailə həyatı qurmağım belə uşaqla bağlı olub. Tələbə idim o zaman. Dərsdən çıxıb trolleybusa mindim. Düşməyə bir dayanacaq qalmış 4 yaşlı uşaq mindi. Axırıncı dayanacağa çatanda sürücüdən soruşdum ki, o uşaq sizindir? O, isə yox cavabını verdi. Mən yenidən uşağla mindiyi yerə qayıtdım. Uşağın göstərdiyi evə aparırdım. Ordan uşağı tanımadıqlarını söyləyirdilər. Sonra məcbur olub polis bölməsinə apardım. O anda həyat yoldaşım məni görür. Beləliklə ailə qurmağım da uşaqla bağlı olur. Bəlkə ona görə bu gün uşaqların taleyi məni izləyə-izləyə gedir. Mən işimi sevirəm. Əslində iş deyil həyat tərzidir. Həyat tərzimi çox sevirəm. Bu gün qürurla deyirəm ki, bizim sığınacaqdan çıxan onlarla uşaq universitetləri bitiriblər. Bu gün təhsildən kənar qalan bir uşağımız yoxdur. O, uşaqların heç biri nəzarətsiz deyil. Bir uşağımız kurslardan kənar deyil. Bu gün "Yarat" kursu bizim 3 uşağımızı hazırlayır. Bizim bu gün "Çərpələng" məktəbəqədər təhsil kursumuz var ki, sığınacağın uşaqları məktəbdə oxuyur və eyni zamanda burda da təhsillərini davam etdirirlər. Bizim yerimizi də gördünüz. Bu balaca yerdə biz böyük işlər görürük. Düzgün qrafiklə işlərimizi quraraq. Ola bilsin ki, bu da bir çoxlarında qıcıq yaratdı. Niyə, nədən? Hardan? Bu sualların cavabı onlarda qıcıq yaradır. Sağolsun vətəndaş cəmiyyəti. Mənim arxamda mərhəmətli, Allahın sevən insanlar durur. Niyə biz hər şeyi dövlətin üstünə atmalıyıq? Dövlətin borcudurmu ki, sən qeyri-rəsmi kontaktlardan uşaq dünyaya gətirəcəksən. Dövlət bunun üçün dəstəkləməlidir ki, düz eləmisən?! 2017-ci ilin statistikasına görə 20 mindən çox uşaq qeyri-rəsmi nigahdan doğulub. Mən hər zaman deyirəm ki, bu ölkədə nə zamana kimi qanuna deyil mentallığa üstünlük veriləcək, biz bu problemləri həll edə bilməyəcəyik. Dövlət deyir ki, hər gün şiddət gördüyün insandan dalbadal uşaq dünyaya gətir?! Stop et də! Görürsən ki, bu insan səni incidir, uşaq dünyaya gətirməyi dayandır. Bir qadın icra hakimiyyəti tərəfindən bizim sığıncağa gətirilmişdi. Əri yenə döymüşdü. Soruşdum ki, nə olub, dedi ki, ərim içib məni döyəndə gözüm bu halla düşdü. Yenə döyəndə qaynanam qaçmağımı təklif etdi. Uşaqlarla iş aparmağa başladıq. Psixoloq gəlib dedi ki, Kəmalə xanım uşağın birində seksual hərəkətlərə meyillik var. Həmin qızın da 6 yaşı var. Bu zaman şəkillər gətirdik. Əsasən biz də psixoloji testlər şəkillər üzrə aparırıq. Şəkillərə baxanda psixoloqa dedim ki, bu istiqamətdə işlər apar. Uşaq başladı danışmağa. Atasının onun cimizdirdiyini və o zaman haralarına toxunduğunu söylədi. Təsəvvür edin hər dəfə ata bunu cimizdirirmiş. Anaya bunu deyəndə ki, uşaqlarını tək qoyma. Deyəsən ərin qızına qarşı seksual hərəkətlər edib. Qadın bir oyunlardan çıxdı gəl görəsən. Mənə ərimə şər atırsan dedi. Mənim ərim məndən başqasını istəmir. Belə sözlər deməyə başladı. Üstündən bir neçə gün keçəndən sonra nələrisə hiss etdiyini söylədi. Amma bildirdi ki, ondan heç vaxt şikayət verməyəcəm. Uşaqlarını götürüb ərinin yanına qayıtdı. Təsəvvür edirsinizmi biz nələrlə mübarizə aparırıq? Bunları yazmaq lazımdır. Ürəkləri nə qədər istəyir ittihamımı qoysunlar. İlk öncə onu qeyd edim ki, məhkəmənin qərarı olmadan siz insanı ittiham edə bilməzsiniz. Keçən dəfə görmədiniz nələr yazdılar? Bizim jurnalistlər ittihamla, iddianın fərqini bilmirlər.

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏ-Kəmalə xanım hətta siz insan alverində və abortda günahlandırıldınız.

-Bəli oxudum o xəbərləri. Abort ər və arvad arasında olan anlaşmanın nəticəsində olur, mən kiməm?! 2012-ci ildən söhbət gedir. 2012-ci ilin sonlarında bunun hamiləliyi olub, əri uşağa hazır olmadığını söyləyib. Həm də qadın əsəb dərmanları qəbul edirdi. Həkim də bildirdi ki, belə olan halda uşaqda patalogiya ola bilər. Burda mənim günahım nədi? Ümumiyyətlə bu məhkəməyə aid bir şey deyil. İnsan alverində günahlandırırsansa buyur sübutlarını göstər. 38 yaşında kimisə zorla aborta və ya həkimə aparmaq olarmı? Biz burdakı uşaqları həkimə göndərəndə onlarla nə qədər danışıqlar aparırlar. İndi hansı mətbuata deyim ki, hazırda bir uşağımızın işi ilə bağlı istintaq aparılır? O, qız anasının müştəriləri tərəfindən 20 manat qarşılığında dəfələrlə zorlanıb. Müstəntiq ondan izahat alanda dəhşətə gəldim. Biz bu uşaqlara dəstək oluruq. Hüquqlarını müdafiə edirik. Ananı tapıb həbs edə bilmirik. Onun haqqında "Xəzər" televiziyasında da infomasiya getmişdi, Esmira olayı yadınızdadır yəqin. Mən onu xətəxanayada yerləşdirdim. Gəlib mənimlə dava edirdi ki, doz ver mənə. Həmin uşaqda Esmiranın qızıdır. Bunun bir uşağı satılıb. Tapa bilmirik, digər uşaqda başqasındadır. Biz bu uşaqları ovcumuzda qoruyuruq. Hətta mediadan belə. Çünki onları ancaq şou maraqlandırır. Bəzi jurnalistlər bu cür zorakılığa məruz qalan uşaqlardan şou düzəldirlər. Gəlirlər ki, biz o uşağı çəkmək istəyirik. İcazə vermirəm. Məni mətbuatla işləməməklə günahlandırırlar. Günahlandırsınlar. Vecimə deyil. Məni uşağın həyatı maraqlıdır. Mən tanındıqca məni vurmaq daha rahatdı axı. Cəmiyyətin bir hissəsi sağlam deyil. Daha çox monitor arxasında qəhrəman olanlar çoxluqdur. Sosial şəbəkələrdə virtual müharibə başlayıb. Artıq valideynlər övladlarını müəllimlərinin üzünə qaldırır. Balakəndə atası tərəfindən zorlanan qız yadınızdadırmı?Mən o qızı çətinliklə tapdım. Gizlədirdilər. Söylədim ki, o qızı dünyaya uşaq gətirəcəksə onunla psixoloq işləməlidir. Mən mübarizə apardıqca qapıları bağladılar. Mən məcbur olub sosial şəbəkəni ayağa qaldırdım. Baş həkimə deyirdim ki, dayandırın hamiləliyi. Onun 12 yaşı bizim sığınacaqda tamam oldu. Mən mediaya səslənəndə ki, çox güman ki, evdə olan qızda bu cür zorlamaya məruz qalıb. İkinci qızı yoxlamaq lazımdır. Artıq hamı ayıldı. 10 gün uşaq sağ qaldı. Mən nənəsinə dedim ki, uşağı götür biz sənə dəstək olacağıq. Qadın mənə dedi ki, götürüm götürməyə. Onda bu uşaq mənim nəyim olacaq? Nəvəm, ərimin uşağı, oğlumun bacısı? O qız burada iki ay qaldı. Dəhşətli mənzərəydi. Qızın ağlamağı hələ yaddımdan çıxmır. Bu sığıncaq cəmiyyətin dəhşətlərinin toplaşdığı yerdir. İndi burda müsbət aura yaratmaq lazımdır. Neçə gündür komyuteri aça bilmirəm. Mənə bir şey olsa bu uşaqları kimə verəcəm? O xanıma qarşı etdiklərimi Allah bilir. Mən bu gün Həcəri yenə də qınaya bilmirəm. 3 ay ərzində mənə sual verirlər ki, niyə vaxtında tədbir görmədin. Nəyin qarşısını alım axı. Onun iddiası mənimlə pul deyil. O, mənə deyir səni bitirəcəm. Həcər 2016-cı il yanvarın 10-u Bakıdan çıxıb getdi, amma getdiyi gün kabinetimə girib məni hədələdi. Mənim 1999-cu ildə aldığım torpaq sahəsi var, bələdiyyə torpağıdır. Həcər 3 ildir yoxdur. Amma mən ona görə 45 illik qardaşımla danışmıram. Bu məsələlərdən əvvəl onun həyatında başqa qadın var idi. Bu söhbət ortaya çıxanda qardaşımı 6 ay ev buraxmadım. Amma Həcər qəbul elədi. Dedi həm mən qalım həm də o qadın. Mən ona dəfələrlə dedim ki, ikili həyat olmaz. Bu söhbətdən sonra onlarla yollarla ayrıldı. Həcər 2016-cı ilin yanvarında məni otaqda hədələyib dedi ki, ya məni Rövşənlə barışdıracaqsan ya da səni bitirəcəm. Dedi ki, sənin qardaşın mənə 5 min pul borcludu. Ya o 5 mini, torpağın bir hissəsini və qeydiyyatda olduğum (indi də mənim evimdə qeydiyyatdadır) evindən mənə pay verəcəksən, ya da səni bitirəcəyəm. Və o vaxtdan müxtəlif oyunlar qurmağa başladı.

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏMənim onda səsyazmalarım var. Mənə zəng edib təxribat edib səsimi yazmağa çaışırlar. Rüşvət deyilən bir şey yoxdur.

2 işçimi öz tərəfinə çəkib deyir ki, "sizin xəbəriniz yoxdur, bəs Kəmalə 1 milyona yaxın pul alıb və bizim adımızdan imza ataraq, həmin pulları mənimsəyib". Halbuki, hər bir işçi ilə fərdi qaydada müqavilə bağlanıb və hər birinin özünün VÖEN-i, bank hesabı var. Deyim ki, kiminsə bankomat kartı var, yox. O vaxta qədər hamısının özlərinə çek kitabçaları aldırmışam və maaşlarını da həmişə çek kitabçası ilə götürüblər. Yəni, burada kiminsə yerinə imza atmaqla onun pulunu mənimsəmək kimi bir prosedur ola bilməz.

Həmçinin həmin layihə ilə bağlı 2015-ci ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond "Zərərin Azaldılması Proqramı"ndan da gəlib, bütün işçilərlə ayrı-ayrılıqda yoxlama aparıblar. Heç biri pul alınması ilə bağlı bir kəlmə də deməyib. Amma bu gün ittiham aktına baxıram ki, guya məndən qorxduqları üçün demədiklərini bildiriblər. Məgər mən bu qədər qorxulu bir insanam ki, kimisə qorxudaraq nəyəsə məcbur edib?! Necə olur ki, həmin layihənin 5 işçisi bu gün də mənimlə işləyir?! Belə çıxır ki, mən onları burda qorxu altında saxlayıram?!

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏSon 3 il ərzində bu qadının mənim haqqımda böhtan dolu şikayət ərizələri göndərmədiyi yer qalmayıb. Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, dəfələrlə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə və digər qurumlara ərizə yollayıb.

2016-cı ilin aprelin 4-də Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə mənim, qardaşımın və digər ailə üzvlərimin guya onu, anasını və bacısını hədələdiyimiz barədə şikayət etmişdi. Lakin şikayətin şər-böhtan olduğu üzə çıxandan sonra əsassız hesab edildi.

Həmçinin 2016-cı ilin aprel ayının 26-da təşkilatın işçisi Xətamət Məcid qızı Binyətovanı Məlahət Abbasovanın evində yazılan səsyazmalarla hədələdiyi üçün, Xətamət Binyətova DİN-ə və Azərbaycan Uşaqları İctimai Birliyinə şikayət ərizəsi göndərmiş və DİN İAQMBİ-də araşdırma aparıldıqdan sonra H.Kəngərliyə təhdidlərinə son qoyması barədə xəbərdarlıq edilmişdi.

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏBundan başqa bizim təşkilatın əməkdaşları Vasif Akifli və Fariz Əsgərovu da hədələdiyi üçün onlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətlər yoxlanıldıqdan sonra Həcər Kəngərli və Məlahət Abbasova qurumun 14 iyul 2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə müvafiq olaraq tutduqları vəzifələrdən azad olunublar.

3600 manata görə dəyərdimi ki, mənim nüfuzum bu qədər yerə vurulsun? Əgər mən bunu etsəydim, razı olardım ki, ətrafımda bu qədər söz-söhbətlər yaransın? Bunu heç vaxt etməzdim, rüşvətxor, dələduz biri olsaydım, nə istəyirdisə, verərdim ki, təki sakit dayansın. Amma bilirdim ki, bunun arxasında insanın qisası durur və maraqlısı budur ki, o, qisasını mənim qardaşımdan deyil, ictimai birlik sədri olduğumdan məndən alır.

"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə ilə MÜSAHİBƏMənə qarşı apardığı bu çirkin oyunlara görə, çalışdığım müəssisənin nüfuzuna xələlə gətirməmək və öz şəxsiyyətimi qorumaq üçün məcbur qalıb 2016-cı ilin martında könüllü ərizəm əsasında İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru vəzifəsindən azad olundum. Buna baxmayaraq, qurumun bütün tədbirlərində iştirak edirəm və orada hamı mənim öz işimi necə apardığımı çox yaxşı bilir.

Həcər həm də mənim sosial şəbəkədəki profilimin parolunu sındırıb dostlarıma qeyri etik smslər və videolar göndərtdirib. Bununla bağlı mənim şikayətimdə olub.

Mənim üçün çox ağırdı. Təsəvür edin Bakı Ağır Cinayətlər Məhkəməsinin bir zalında mənim, digərində qəyumluğumda olab uşağın işi gedir. Mən haqqımda gedən yazıları görəndə dedim ki, artıq stop deyim. Sonra dedim kimlərəsə görə bu günahsız körpələrinb günahı nədir. Üzdən çox güclü görünürəm. Amma içimi bilən yoxdur. Ağlaya bilmirəm. 28 il bundan qabaq atam özü ilə birlikdə göz yaşlarımı da apardı. Bəlkə də uşaqların bu acı talehi məni daşlaşdırıb.

Həcər qəyumluğumda olan uşaqların valideynlərindən də mənə qarşı istifadə edib, hədələyir. Daxili İşlər naziri cənab Ramil Usubovdan bu məsələni ciddi araşdırmağını rica edirəm.

Müsahibə zamanı uşaqlar tədbirdən qayıtdılar. Onlar ilk öncə Kəmalə xanımın yanına qaçaraq sevinclərini bölməyə başladılar. Bu qədər uşağın sevgisini qazanmaq və onları qorumaq olduqca çətin məsələdir. Qeyd edək ki, Xoşqədəm Hidayyətqızının "Səni Axtarıraram" verlişinə dayəsi tərəfindən gətirilən Uğur da Kəmalə xanımın sığınacağındadır. O, bildirdi ki, Uğuru dayəsi efirə gətirdiyi an onu dərhal sığınacağa gətizdirdim: "Uğuru dərhal bura gətizdirməkdə məqsədim onun üzərində qurulacaq bazarın qarşısını almaq idi. Bilirsiniz bu uşaq bura hansı vəziyyətdə gətirilmişdi. Sağlamlığında çox ciddi problem yaranmışdı. Səhərə kimi Xoşqədəmlə ağlayıb dua edirdik ki, Uğura bir şey olmasın. Şükür Allah onu bizə bağışladı".

Aysel Yusifqızı
Fotolar: Pərviz Həşimi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6316   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817